Language:
English
Bel ağrılarının səbəbləri və müalicəsi
23 February 2018 19155Bel ağrıları, dünyada baş ağrısından sonra ən çox görünən problemdir. Bu növ ağrılar vacib digər səhhət problemlərinin xəbərçisi ola bilər. Türkiyənin Memoriaı fizioterapiya və reabilitasiya şöbəsinin mütəxəssisləri bel ağrılarının səbəbləri və müalicəsi mövzusunda vacib məlumatlar verib.
Uzun müddət ayaqda durmaq, yerimək kimi yüngül vərdişlər bel ağrılarına və ya mövcud ağrıların şiddətlənməsinə səbəb ola bilər. Bel ağrısı, əhalinin 75-85 faizinin əziyyət çəkdiyi problemdir.
Sümük əriməsi, tuberkulyoz, onurğa xərçəngi də bel ağrılarına səbəb ola bilər. Bel ağrılarının yaranmasının səbəblərindən biri də böyrək, mədə, qaraciyər kimi orqanlarda yaranan pozğunluqlar ola bilər.
Əksər zaan 35-45 yaşlar arasında görünən bel ağrısı qadın və kişidə eyni dərəcədə görülür. 60 yaşın üzərində olan qadınlarda bel ağrısı daha da artır.
Həmçinin artıq çəki, uzunmüddətli hündür daban ayaqqabıda gəzmək, ayaqlarda olan uzunluq fərqi də bel ağrısını yaradan səbəblərdəndir. Burada əsas məsələ ağrının mənbəyini təsbit etməkdir.
– Travma nəticəsində yaranan ağrılar (onurğa sürüşməsi və ya qırılması);
– Beli ağırlığa salmaq;
– Bel yırtığı;
– Bel onurğasında kirəclənmə;
– Mədə ağrıları;
– Böyrək;
– Psixoloji səbəblər;
– Uğursuz bel əməliyyatı.
Tibbin son nailiyyətlərindən biri kimi proloterapiyanı göstərə bilərik. Proloterapiya ilə boyun, bel, diz və oynaqlarda olan ağrılardan düzgün diaqnoz və professional həkimin köməyi ilə qurtulmaq olar. Azərbaycanda bununla yeganə həkim məşğul olur ki, bu həkim nevroloq Sevinc Həmidovadır.
Bel ağrılarının müalicəsi ağrının səbəbinə, şiddətinə, pasiyentin yaşına və digər bəzi səbəblərə görə dəyişir. Müalicə zamanı həkim təyinatı ilə bəzi ağrıkəsicilərdən istifadə edilə bilər. Pasiyentə həmçinin fizioterapiya da məsləhət görülə bilər. Bununla yanaşı, massaj, idman hərəkətləri də bel ağrısı müalicəsi zamanı müsbət effekt yaradır.
Bel ağrılarının 5 faizi isə bel yırtıqları ilə bağlıdır. Əgər ağrıların səbəbi budursa əməliyyat gərəkli ola bilər. Məqsəd sinirlər üzərində olan yükü götürməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1