Language:
English
Diz ağrılarının səbəbləri
23 February 2018 16198Diz ağrısı oynaqlarda ən sıx qarşılaşan ağrı növüdür. Çünki dizlər ən çox istifadə edilən oynaqlardan biridir. Bu səbəblə dizdə yaranan xronik ağrılar diqqətə alınmalı və arxasındakı səbəb mütləq öyrənilməlidir. Diz ağrılarının bir çox səbəbi ola bilər. Bunlardan bəziləri ciddi səbəbdən olsa da, digər qism düşünülən qədər vacib və qorxulu olmaya bilər:
Dizlərə verdiyiniz ağır yük nəticəsində diz qapağının qığırdağında zamanla zəifləmə olur. Bu zəifləmə səbəbindən sinir uclarınız qorunmasız hal alır və bu da diz önündə ağrı hiss etməyinizlə nəticələnir. Dizinizdə yaranan bu ağrı daha öncə yaranan bir zədənin də xəbərçisi ola bilər. Bu zaman mütləq həkimə müraciət edilməlidir.
Bəzən alçaq stullarda oturmaq, və ya oturan zaman ayaqları geriyə almaq, diz üstündə iş tutmaq dizlər üçün ağırlıq edə bilər. Bu hərəkətlər uzunmüddətli edildiyi zaman problem yarada bilər. Ona görə adətən dizlər üçün neqativ olan hərəkətlərdən qaçınmaq lazımdır.
Bəzən idman etmək yaxşı nəticə verməyə bilər. Çünki yanlış idman növləri diz ağrılarının başlıca səbəblərindən ola bilər. Nəzarətsiz edilən hərəkətlər ağrılarla nəticələnə bilər.
Tibbin son nailiyyətlərindən biri kimi proloterapiyanı göstərə bilərik. Proloterapiya ilə boyun, bel, diz və oynaqlarda olan ağrılardan düzgün diaqnoz və professional həkimin köməyi ilə qurtulmaq olar. Azərbaycanda bununla yeganə həkim məşğul olur ki, bu həkim nevroloq Sevinc Həmidovadır.
Qaçmaq səhhət üçün faydalıdır, ancaq, asfalt kimi sərt yerdə qaçdığınızda hər bir addımınızda diz qapağınıza vücudunuzun üst qisminin bütün ağırlığını bir addıma yükləyirsiniz. Zaman keçdikdən sonra isə bu zərbələr dizlərinizin gücünü zəiflədir və bu səbəbdən də ağrılar başlaya bilər. Əgər qaçacaqsınızsa mütləq şəkildə torpaq və ya yumşaq yerdə qaçmalısınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1