uşaqlarda boy qısalığı

Uşaqlarda boy qısalığı

6899
Müəllif: Endokrinoloq Ayşən Xəlilova

Paylaşıldı: 14.05.2018
Ayşən Xəlilova

Nanizm nədir?

Uşaqlarda boy atmanın ləngiməsinə tibbdə nanizm və ya alçaqboyluluq deyilir.

Bu uşağın boyunun pasport yaşından geri qalması ilə xarakterizə olunur.

Xəstəliyin hansı forma və yaranma səbəbləri

Boy ləngiməsinin yaranma səbəbindən asılı olaraq 2 forması var:
1. Endokrin (bura endokrin vəzilərin fəaliyyətində yaranan pozuntular aiddir.)
2. Qeyri-endokrin (digər orqan patologiyaları ilə əlaqədar olan səbəblər)

Xəstəliyin yaranma səbəbləri aşağıdakılardır:
1. Konstitusional boy ləngiməsi (bu zaman cinsi inkişaf da ləngiyir. Hədəf boy valideynlərin boyundan asılıdır.
2. Genetik alçaqboyluluq (ailəvi xarakter daşıyır. Hədəf boy valideynlərin boylarından asılıdır.)
3. Vaxtından erkən doğulmuş uşaqlar
4. Boy ləngiməsi ilə müşayiət olunan genetik sindromlar (Turner sindromu, Nuan sindromu və s.)

Xronik xəstəliklər

1. Ürək qüsurları
2. Bronxial astma
3. Qastroenteritlər( mədə bağırsaq iltihabi xəstəlikləri)
4. Anemiya (qanazlığı)
5. Aclıq (az təminatlı ailələrdə, uşaq qidasının miqdarının düzgün hesablanması)
6. Dərman preparatlarının qəbulu

Endokrin xəstəliklər

 – Boy hormonu defisiti
1. Anadangəlmə boy hormonu çatışmazlığı (hipofiz və hipotalamusun inkişaf pozuntuları)
2. Qazanılma boy hormonu çatışmazlığı (beyin travmaları, hipofiz və beyində olan törəmələr)
3. Boy hormonunun təsirinin pozulması

 – Hipotireoz (qalxanvari vəzi funksiyasının zəifləməsi)
 – Kuşinq xəstəliyi (böyrəküstü vəzi problemləri)
 – Hiperparatireoz (qalxanətrafı vəzi problemləri)
 – Psevdohiperparatireoz
 – Vitamin D defisiti
 – Şəkərli diabet
 – Şəkərsiz diabet

Uşaqlarda boy qısalığı boy qısalığının diaqnostikası

İlk növbədə düzgün anamnezin toplanması və antropometrik göstəricilərin toplanması aparılmalıdır.

Sonra laborator müayinələrə başlanılır;
 – Hər iki əl bilək sümüklərinin rentgen müayinəsi olunur;
 – İlk növbədə boy hormonu və insulinə bənzər boy faktorları yoxlanılır;
 – Burada problem aşkarlanarsa, müxtəlif stimulyasiya sınaqları qoyulur və bu sınaqlarla boy hormonunda olan defisit dəqiqləşdirilir;
 – Qanın ümumi analizi;
 – Şəkərin təyini;
 – Qalxanvari vəzi hormonları;
 – Beyin MRT- ilə hipotalamus və ya hipofiz bölgəsində hər hansı bir törəmənin olub-olmaması dəqiqləşdirilir;
 – Genetik defektin müayinəsi məqsədilə kariotip müayinə olunur (genetik sindromlara şübhə varsa).

Uşaqlarda boy qısalığının müalicəsi

1. Boyun ləngiməsinə səbəb olan əsas xəstəlik müalicə olunur.
2. Konstitusional və genetik boy ləngiməsi müalicə olunmur.
3. Boy hormonu defisiti isə boy hormonu ilə əvəzedici müalicə olunur. Hədəf olaraq ilk il 8-13 sm, növbəti illərdə isə ildə 5-6 sm boy artması nəzərdə tutulur.

Uşaqlarda boy qısalığının profilaktikası

Uşaqların yaxşı boy atması üçün zülal, yağ, mineral və vitaminlərlə zəngin qidalar normal miqdarda qəbul olunmalı, idmanla məşğul olmalı, gün şüalarını yetərincə almalıdırlar.

Əgər bunlara baxmayaraq, boy artımında ləngimə hiss olunarsa, mütləq endokrinoloqa müraciət etməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.