Ayşən Xəlilova hekimtap.az

Ayşən Xəlilova

Endokrinoloq

13 il iş təcrübəsi

Bakı
d vitamini defisitinin orqanizmə təsiri

D vitamini defisitinin orqanizmə təsiri

Müəllif: Endokrinoloq Ayşən Xəlilova
14677

Paylaşıldı: 09.05.2018
Ayşən Xəlilova

Vitamin D nədir?

Vitamin D başqa cür günəş vitamini adlanır. Demək olar ki, qidaların tərkibində çox az miqdarda olan vitamin D maksimal dozalarda bizim dərimizin  gün şüalarının təsirinə maksimal məruz qaldığı zaman ifraz olunur.

Vitamin D defisitinin səbəbləri

 – Qarabuğdayı dərili insanlarda vitamin D-nin orqanizmdə sintezi açıq dərili insanlara nisbətən daha az olur;
 – Hamiləlik və əmizdirmə dövründə qadın orqanizmində vitamin D-ə tələbat yüksələrək, defisit müşahidə oluna bilər;
 – Gəzintiyə daha az çıxa bilən yaşlı adamlar;
 – Günün əksər hissəsini qapalı ofislərdə keçirən ofis işçiləri;
 – Gecə növbəsində işləyən insanlar,  hansılar ki, gündüzlər yatmalı olurlar.

Vitamin D defisitinin simptomları

Son zamanlar vitamin defisiti dünya səhiyyə sistemi üçün ciddi problem yaradır. Vaxtında müalicə olunmadıqda ürək-damar sistemi xəstəlikləri və onkoloji xəstəliklər riskini artırır. Əgər sadalayacağım ən çox rast gəlinən simptomlarınız varsa, diqqətli olun.

– Теz-tez təkrarlanan infeksiyalar;
– Əhval-ruhiyyənin dəyişkən olması;
– Daimi yorğunluq;
– Sümük ağrıları, zəif sümüklər;
– Əzələlərdə ağrılar.

Vidaminin D-nin diaqnostikası

Venoz qanda vitamin D-nin müayinəsinə əsaslanır. 10 ng/ml-dən az göstərici ciddi defisiti, 10-20 ng/ml arası orta dərəcəli defisiti, 20-30 ng/ml mülayim dərəcəli defisiti, 30-100 ng/ml norma, 100 mg/dl isə toksik halı göstərir.

Vidamin D defisitinin müalicəsi

Hər pasiyentə uyğun olaraq vitamin D preparatı dozalarının və müalicə müddətinin seçilməsi aparılmalıdır. Doza həddini aşdıqda intoksikasiya əlamətləri yarana bilər.

Vidamin D profilaktikası

Əksər insanlar hər gün gün altında 15-20 dəqiqə dayanmaqla lazımi doza vitamin D-ni  ala bilərlər. Bunun üçün optimal vaxt saat 11.00-15.00 arası hesab olunur. Bu zaman xüsusi gün əleyhinə kremlərdən istifadə etmək olmaz.

Rasional profilaktika metodlarından biri də düzgün qidalanmadır. Gün şüaları ilə birlikdə istifadə olunduqda effekti daha yaxşı olur. Beləliklə, payız və qışda çalışmaq lazımdır ki, qida menyunuzda yağlı balıq növləri ( skumbriya, losos, tuna balığı), yumurta sarısı, qaraciyər, pendir, süd məhsulları əskik olmasın.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.


Ayşən Xəlilova

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz