şəkərsiz diabet nədir

Şəkərsiz diabet

8698
Müəllif: Endokrinoloq Ayşən Xəlilova

Paylaşıldı: 11.06.2018
Ayşən Xəlilova

Şəkərsiz diabet nədir?

Bu, antidiuretik hormon (ADH) çatlışmazlığı və ya böyrək toxumasının ona həssaslığının azalması ilə yaranan xəstəlikdir. Hipotalamus tərəfindən ADH sekresiyasının pozulması (mütləq defisit) və ya onun fizioloji rolunun pozulması (nisbi defisit) böyrək kanalcıqlarından suyun geri sorulması prosesinin azalmasına gətirir və aşağı sıxlıqlı sidik ifrazı baş verir. Şəkərsiz diabet zamanı çox miqdarda sidiyin ifraz olunması nəticəsində idarə olunmayan susuzluq və orqanizmin ümumi dehidratasiyası yaranır.

Şəkərsiz diabet nadir xəstəlik hesab olunur, cins və yaşdan asılı olmayaraq, 20-40 yaşda olan insanlar arasında dah çox rast gəlinir. Aşkarlanan hər 5-ci pasient neyrocərrahi əməliyyatın ağırlaşması şəklində büruzə verir.

Şəkərsiz diabet – təsnifatı

Müasir endokrinologiyada şəkərsiz diabet zədələnmə səviyyəsindən asılı olaraq mərkəzi (neyrogen-hipofizar) və böyrək (nefrogen) forma şəkərsiz diabet ayırd olunur.

Mərkəzi forma şəkərsiz diabet zamanı pozğunluq hipotalamus və ya hipofiz səviyyəsində olur. Bu zaman ADH-nun sekresiyası və ya qana ifraz olunmasında problem mövcud olur. Böyrək formasında isə ADH-nun böyrək kanalcıq reseptorları tərəfindən həssaslığı azalmış olur.

Mərkəzi şəkərsiz diabet idiopatik (irsi xəstəlik olub ADH-nın sekresiyasının azalması ilə xarakterizə olunur) və simptomatik (digər patologiyalar fonunda inkişaf edir). Simptomatik şəkərsiz diabet həyat boyu, kəllə-beyin travmaları, şişləri və infiltrativ xəstəlikəri, meninqoensefalit sonrası inkişaf edə bilər və ya anadangəlmə gen mutasiyası kimi diaqnostika oluna bilər.

Böyrək forması nadir hallarda, nefronun anatomik natamamlığı sonrası və ya reseptorların ADH- a qarşı həssaslığının azalması sonrası rast gəlinir. Bu pozğunluqlar anadangəlmə ola bilər və ya nefronların dərman və ya metobolik dəyişikliyi sonrası yarana bilər.

Şəkərsiz diabetin səbəbləri

adətən 1-li və 2-li metastatik şiş zədələnməsi ilə, neyrocərrahi müdaxilələr, damar, vərəm, malyariya, sifilis zədələnmələri nəticəsində hipotalamo-hipofizar destruksiya əlaqəli mərkəzi forma şəkərsiz diabet rast gəlinir. İdiopatik şəkərsiz diabet zamanı hipotalamo-hipofizar sistemin orqanik zədələnməsi olmur, səbəb kimi isə hormon ifraz edən hüceyrələrə qarşı qəfil anticisimciklərin yaranması göstərilir. Şəkrsiz diabetin böyrək forması böyrəklərin anadangəlmə və qazanılma xəstəlikləri ilə əlaqəli ola bilər (böyrək çatışmazlığı, amiloidoz, hiperkalsiemiya) və ya litium saxlayan preparatlarla zəhərlənmələr zamanı rast gəlinir.

Şəkərsiz diabet – simptomları

Şəkərsiz diabetin tipik əlamətlərinə poliuriya (çox sidik ifrazı) və polidipsiya (çox su içmə) aiddir. Poliuriya sutkalıq sidiyin həcminin artması ilə xarakterizə olunur. (4-10 l-dən bəzən 20-30 l-ə qədər) sidik şəffaf, az miqdar duz və digər elementlrlə və çox aşağı xüsusi çəkili olur (1000-1003) dayanmayan susuzluq hissi çox miqdarda su içməyə gətirir. Xəstəliyin ağırlıq dərəcəsi ADH-nın defisitinin səviyyəsindən asılı olaraq dəyişilir. İdiopatik şəkərsiz diabet adətən kəskin, qəfil yaranır və tədricən artmağa başlayır. Sidik ifrazına tez-tez çağırışlar (pollakuriya) yuxu pozuntusu, nevrozlara, əzələ yorğunluğuna, emosional yorğunluğa gətir. Hamiləlik xəstəliyin aktivləşməsinə gətirə bilər. Uşaqlarda şəkərsiz diabetin erkən əlaməti enurez , daha sonralar boy və cinsi inkişafın ləngiməsi ola bilər.

Daha gec görünən əlamətlərinə böyrək kanallarının, sidik axarlarının, sidik kisəsinin genəlməsini göstərə bilərik. Su yüklənməsinin hesabına mədənin genəlməsi və sallanması, ödçıxarıcı yolların diskineziyası, bağırsağın qıcıqlanması baş verir.

Şəkərsiz diabetli pasientlərin dərisi qurudur, tər, ağız suyu ifrazı və iştaha azalmış olur. Daha sonra əlamətlərə orqnizmin susuzlaşması, arıqlama, qusma, baş ağrısı, arterial təzyiqin enməsi qoşulur. Şəkərsiz diabet zamanı baş beyin zədələnmələri də olarsa, nevroloji pozğunluqlar və hipofizar çatmamazlıq əlamətləri ola bilər.Kişilərdə potensiyanın zəifləməsi, qadınlarda aybaşı pozğunluqları müşahidə oluna bilər.

Şəkərsiz diabetin ağırlaşması

Şəkərsiz diabet orqanizmin susuzlaşmasına görə o zaman qorxuludur ki, sidiklə maye itkisi bərpa olunmasın. Susuzluq özünü kəskin ümumi zəifləmə, taxikardiya, qusma, psixi pozğunluqlar, qanın qatılaşması, hipotenziya psixi pozğunluqlar, nevroloji pozğunluqlar ilə xarakterizə olunur.

Şəkərsiz diabetin diaqnostikası

Sakitləşməyən susuzluq hissi və sutkada 3l-dən çox sidik ifrazı ilə xəstəlikdən şübhələnmək olar. Sidiyin müayinəsi zamanı aşağı nisbi çəki, hiperkalsiemiya, hipokaliemiya müəyyənləşdirilir. Qanda şəkərin müayinəsi ilə şəkərli diabet istisna olunur. Mərkəzi forma zamanı qanda Adh-nun azlığı müəyyənləşdirilir.

Susuzluq testinin nəticələri: 10-12 saat ərzində pasient susuz saxlanılır. Şəkərsiz diabet diaqnozu rentgenoloji. Psixonevroloji və oftalmoloji müayinələr ilə qoyulur. Beynin həcmli törəmələri beyin MRT-i ilə istisna olunur. Böyrək formasının diaqnozu üçün böyrəklərin USM və KT müayinəsi aparılır. Nefroloqun konsultasiyası vacibdir. Bəzən böyrək patologiyasının differnsiasiyası üçün böyrək biopsiyası tələb olunur.

Şəkərsiz diabet – müalicə

İlk olaraq əgər səbəb şiş ilə bağlıdırsa, müalicə cərrahidir. Şəkərsiz diabetin bütün formalarında əvəzedici müalicə desmopressin – ADH-nun analoqu ilədir. Preparat daxilə və ya intranazal təyin olunur. Qidalanmada çox zaman böyrəyə olan yükü azaltmaq məqsədilə zülallari azaltmaq, meyvə-tərəvəzi isə əksinə artırmaq tövsiyə olunur.

Şəkərsiz diabetin proqnozu

Əməliyyatdan sonra və hamiləlik zamanı yaranan şkərsiz diabet tranzitor xarakter daşıya bilər, idiopatik isə əksinə davamlı olur. Müvafiq müalicə zamanı həyati təhlükəsi olmur. Sağalma şişin uğurlu çıxarılması, vərəm, sifilis, malyaria kimi səbəblər varsa, aradan qaldırıldıqda baş verə bilər. Əvəzedici hormon müalicəsi düzgün təyin olunduqda əmək qabiliyyəti pozulmur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az