Parodont xəstəlikləri və müalicəsi hekimtap.az

Parodont xəstəlikləri və müalicəsi

PARODONT NƏDİR? Parodont toxumalarına diş əti, diş, periodont, diş kökü sementi və alveol sümüyü aiddir. Parodont toxumaları vahid bir sistem təşkil edir. Bu sistem dişlərin sümükdə möhkəmliyini təmin edir, çeynəmə təzyiqini qəbul edir və nizamlayır. Parodont xəstəlikləri diş əti və dişi yuvasında saxlayan toxumaların iltihabi xəstəlikləridir. Bu xəstəliklər diş əti iltihabı ilə başlayır. Vaxtında müalicə edilməzsə parodontitə qədər irəliləyərək diş əti və dişləri dəstəkləyən alveol sümüyündə geriyə dönməz proseslər meydana gətirə bilirlər. Bununla da dişlərin laxlaması və nəticədə itirilməsi baş verir. Diş itirilmələrinin 70% səbəbi parodont xəstəlikləridir. Bu xəstəliklərə erkən dövrdə diaqnoz qoyulduqda və düzgün müalicə tədbirləri seçildikdə asan və effektiv şəkildə müalicə oluna bilirlər. Dişi əhatə edən toxumaların xəstəlikləri hələ qədim dövrlərdən aşkar edilib. Sivilizasiyanın inkişafı ilə əlaqədar olaraq kariyes kimi parodont xəstəlikləri də sürətlə çoxalmağa başlamışdır. Müasir dövrdə aparılmış müayinələr parodont xəstəliklərinin uşaqlar və böyüklər arasında geniş yayılmasını təsdiq etməklə yanaşı, həmçinin bu xəstəliklərin daha erkən yaşlarda da müşahidə edildiyini söyləməyə imkan verir. PARADONTUN SƏBƏBLƏRİ: Parodont xəstəliklərinin baş verməsinin iki əsas səbəbi bakteriyalar və diş daşlarıdır. Bu problemlərin həll olunması parodont xəstəliklərinin müalicəsinin əsas təməl prinsiplərini təşkil edir.Ən çox yayılmış parodont xəstəliklərindən biri parodontitdir. Bu xəstəlik zamanı bütün parodont toxumaları zədələnir. İltihabi prosesin yayılmasından asılı olaraq parodontitlər yerli və yayılmış formada aşkar edilir. Yerli parodontit zamanı bir və ya bir neçə diş nahiyəsində parodontun zədələnməsi baş verir. Bəzi hallarda düzgün hazırlanmamış qapaqlar, körpüyəbənzər protezlər, düzgün aparılmamış ortodontik müalicə, düzgün qoyulmamış plomblar dişin bağ aparatını zədələyərək parodontitin yaranmasına səbəb olur. Xəstəliyin gedişi orqanizmin müqavimətindən də asılıdır. Orqanizmin müqaviməti aşağı düşdükdə və prosesə ikincili infeksiya qoşulduqda xəstəlik daha da ağırlaşır. Parodontitin əmələ gəlməsində genetik xüsusiyyətlərin, yaş dəyişikliklərinin, hamiləliyin, şəkərli diabetin, qan xəstəliklərinin rolu vardır. Səbəbləri göstərərkən ağızla nəfəs almanı da unutmaq olmaz. Havanın quruducu təsiri ağız suyunun müdafiə funksiyalarını zəiflədir və bakteriyaların inkişafına şərait yaranır. Parodontit zamanı güclü hormonal dəyişikliklərlə müşayiət olunan hamiləliyin böyük əhəmiyyəti vardır. Hamiləliyin bütün dövrü ərzində parodont toxumalarında hormonların çoxalması nəzərə çarpır. Bu zaman diş ətində ödem və qanaxma müşahidə edilir. Bəzən dişlərdə laxlama da olur. Parodontit və şəkərli diabet arasında əlaqə çoxsaylı tədqiqatlarla sübut olunmuşdur. Şəkərli diabet olan xəstələrin 51-98%-də parodontitə rast gəlinir. Buna görə də bəzən şəkərli diabetin ilk diaqnozu stomatoloq tərəfindən qoyulur. PARADONTUN MÜALİCƏSİ: Parodont xəstəliklərinin müalicəsi xəstəliyi törədən səbəblərin aradan qaldırılması ilə başlayır. Əgər düzgün qoyulmamış plomblar, düzgün hazirlanmamış qapaqlar, körpüyəbənzər protezlər və ortodontik aparatlar varsa onlar yenisi ilə əvəz olunmalıdır. Ağiz gigiyenası korreksiya edilməli və diş daşları təmizlənməlidir. Ağır hallarda yerli iltihab əleyhinə müalicə, parodontal ciblərin açıq və ya qapalı kuretaji həyata keçirilir. Aciq və qapalı kuretaj sayəsində parodontal ciblər ləğv olunur. Yerli müalicə prosesində parodontal ciblərə daxil edilmiş dərman preparatları tez bir zamanda yuyularaq oradan çıxır və bunun nəticəsində aparılmış müalicənin effekti istənilən formada alınmır.Buna görə də parodontal sarğılardan istifadə olunur.Parodontal sarğılar dərman preparatlarının diş ətində, parodontal ciblərdə uzun müddət qalaraq təsir göstərməsini təmin edir.Parodont xəstəliklərinin profilaktikası və müalicəsi təbii dişlərin qorunması, daha rahat çeynəmə və həzmin baş verməsi deməkdir.Parodontitin profilaktikasının əsas metodu ağız boşluğunun fərdi gigiyenasıdır. Buna dişlərin düzgün və mütəmadi olaraq təmizlənməsi, keyfiyyətli diş fırçaları və məcunların istifadəsi və s.aiddir.

Опубликовано: 03.12.2019

Süd vəzilərin kistaları
 hekimtap.az

Süd vəzilərin kistaları

Süd vəzi kistaları nədir? Süd vəzilərin maye tərkibli boşluq şəklində olan xoşxassəli törəməsidir.Əksər kistalar süd vəzilərin axarlarının içində maye toplanması və axarın tıxanması nəticəsində əmələ gəlir(lokal genişlənmiş və dəyişikliyə məruz qalmış axar hissəsi).Hər yaşda rast gəlinir.Ölçüləri müxtəlif olur. Süd vəzi kistalarının əmələ gəlmə səbəbi: -stress, emosianal sarsıntılar; -zehni və fiziki yüklənmə; -artıq çəki; -hormonal pozğunluqlar; -menstrual siklin pozulması; -hormonal preparatların qəbulu; -zədə; -ultrabənövşəyi şüaların təsiri. Süd vəzi kistalarının simptomları: Bəzən siptomsuz olur və təsadüfi müayinə zamanı aşkarlanır. -törəmənin əllənməsi (makrokistalara xarakterikdir); -ağrı, yanğı  hissiyatı, ağırlıq hissi (fəsadlaşmış kistaların əlamətidir); -dəridə qızartı, yerli, ümumi hərarətin qalxması, ağrının kəskinləşməsi (iltihablaşmış kistaların əlamətidir); -gilədən ifrazatın gəlməsi (axar kistaları olduqda müşahidə olunur ). Süd vəzi kistalarının növləri: -atipik kistalar; -fibroz kistalar; -piy kistaları; -axar kistaları; -çox kameralı kistalar; Ölçüsünə görə: -mikrokista   <1 – 1,5sm -makrokista   >1,5 -2sm Sayına görə: -solitar -tək kista -polikistoz -çoxsaylı kistalar (ipsilateral-bir süd vəzidə,bilateral-hər iki süd vəzidə) Süd vəzi kistalarının diaqnostikası: -mammoloqun baxışı; -ultrasəs müayinəsi; -mammoqrafiya; -maqnit-rezonans tomoqrafiya(MRT); -incə iynə aspirasion biopsiya sitoloji müayinə ilə; Süd vəzi kistalarının fəsədlaşması: -iltihablaşma; -kapsulanın tamamlığının pozulması; -bədləşmə. Süd vəzi kistalarının müalicəsi: -nəzarət,vaxtaşırı müayinə olunması(bəsit mikrokistalara aiddir); -konservativ müalicə(kistanın yaranma səbəblərini və  fəsadlarını aradan qaldırmaq məqsədi ilə); -kistanın aspirasiyası(bəsit fəsadlaşmamış makrokistalara aiddir); -cərrahi əməliyyat(fəsadlaşmış və şübhəli kistalara aiddir). Süd vəzi kistalarının profilaktikası: -mütəmadi müayinə olunma; -sağlam qida; -stressdən uzaqlaşma; -hormonal pozğunluğun müalicəsi; -cinsi həyatın tənzimlənməsi.

Опубликовано: 27.11.2019

Psixi inkişaf ləngiməsi hekimtap.az

Psixi inkişaf ləngiməsi

Psixi inkişaf ləngiməsi nədir? Psixi inkişaf ləngiməsi dövrümüzün ən aktual problemlərindəndir. Psixi inkişaf ləngiməsi (PİL) bir çox fərziyyələrə əsasən psixi-fiziki və yaxud psixi infantalizm adlandırılır. “İnfantalizm” dedikdə, emosional iradi sferanın və intellektual sferanın yaş həddindən aşağı olması nəzərdə tutulur. Psixi inkişaf ləngiməsi diaqnozu məktəbəqədər və daha azyaşlı uşaqlara qoyulur. Əgər psixi inkişaf ləngiməsinin təzahürləri yuxarı yaş dövrlərində özünü göstərirsə, bu oliqofreniyanın mövcudluğunu göstərir.      Psixi inkişaf ləngiməsinin taranmasına səbəb olan amillər hansılardır? 1.Endogen amillər; 2.Ekzogen amillər; 3.İrsi amillər.      Endogen amillər dedikdə daxili səbəblərdən qaynaqlanan amillər nəzərdə tutulur. Buna hamiləliyin ümumi toksikozu, ananın qidalanmasının pozulması, nevropatiya, keçirdiyi infeksiyalar daxildir. Ekzogen amillər dedikdə isə xarici səbəblərdən qaynaqlanan amillər nəzərdə tutulur. Buna doğuş zamanı baş-beynin travması, oksigen çatışmamazlığı, uşağın erkən yaş dövrlərində keçirdiyi xəstəliklər aiddir. İrsi amillər isə genetik faktorlarla bağlıdır.       Psixi inkişaf ləngiməsinin uşaqlarda təzahür xüsusiyyətləri hansılardır? Psixi inkişaf ləngiməsi olan uşaqlar fiziki və ösixoloji cəhətdən məktəbə hazır olmurlar, onlarda bəzi psixi proseslərin və funksiyaların ləng inkişafı, emosional – iradi sahənin və dərketmə fəaliyyətinin yetkinlik dərəcəsinə görə daha erkən yaş səviyyəsində olması, ümumi biliklərin çatışmazlığı, dar dünyagörüşü, ətraf aləm haqda təsəvvürlərin qeyri – dəqiqliyi, psixi proseslərin lazımınca formalaşmaması müşahidə edilir. Bu uşaqlar ətrafdakıların köməyi olmadan bir iş görməkdə çətinlik çəkirlər. Əsasən diqqətini mərkəzləşdirə bilmir, təfəkkür sferasında pozuntular müşahidə olunur, anliz-sintez, ümumiləşdirmə proseslərində çətinlik çəkirlər. Həmçinin bu uşaqlar məntiqsiz davranışlar nümayiş etdirirlər, iradi və emosional sferasında kasadlıq olur, təsəvvür etmədə çətinlik çəkirlər. Ləngiməsi olan uşaqlar intellektual cəhətdən passivdirlər, onların intellektual təəssüratları və maraqları məhduddur. Bəzən ən sadə təlim tapşırıqlarını yerinə yetirə bilmirlər.     Psixi inkişaf ləngiməsi olan uşaqlarla necə davranmalı?  Bu tip uşaqları analiz- sintez etmək tələb edən fəaliyyətə cəlb etmək lazımdır ki, özləri əşyaların, hadisələrin eyni və ya fərqli xüsusiyyətlərini görüb, dəyişikliyi aşkar edə bilsinlər. Psixi inkişafında ləngimə müşahidə olunan uşaqlarda problemin həlli üçün çox gec olmadan mütəxəssisə müraciət etmək lazımdır. Kompleks yanaşma və valideynlə birgə fəaliyyət nəticəsində problemi həll etmək mümkündür. Vaxtında müdaxilə edilmədiyi halda, daha ağır nəticələrlə üzləşmə riski mövcuddur. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 27.11.2019

Ümumi nitq ləngiməsi hekimtap.az

Ümumi nitq ləngiməsi

Ümumi nitq ləngiməsi nədir? Uşaqlar normal halda 6 aylıq olarkən, hecalar (imitasiya şəkilində- ma,ba kimi) söyləyər. 12 aylıq olanda isə iki sözü yanaşı gətirib cümlə (ana al, ata gəl) şəklində deyərlər. 3 yaşındakı uşağın 3 sözdən ibarət cümlə qurması, 3-4 yaşdakı uşagın nitqi isə düzgün, başa düşülən olmalıdır. Ləngimə- yaş hədlərinə uyğun olmadan, nitqin geri qalması, ləngiməsidir. Səhv yanaşmalardan biri “atası da gec danışmışdır" şəklindədir. Öncəliklə, uşağın sizin danışdıqlarınızdan, tapşırıqlarınızdan anlayıb-anlamadığına baxmaq lazımdır. Əgər nitqdə bir ləngimə varsa, pisxoloji inkişafda da ləngimə vardır. Zamanında üstünə düşmədikdə uşaq yaşıdlarından fərqlənməyə başlayır. Nitq ləngiməsinin səbəbləri hansılardır? Nitq ləngiməsi:     - genetik;     -nevroloji;     -pisxoloji səbəblərdən ola bildiyi kimi, səbəbinin bilinmədiyi təqdirdə də ortaya çıxa bilər. Bununla yanaşı, valideynlərin yaratdığı səbəblər də var. 2007-ci il Vaşinqton Universitetlərinin iddasına görə, 2 yaşa qədər uşaqlar gün ərzində video izlədikləri her saat 6 ile 8 söz daha az öyrənir və digər uşaqlarla müqaisədə dil bacarıqları 10% geridə qalır. K.A. Dimitriyə görə, 1-3 yaşlı uşaqların 1 gün ərzində televizor izlədiyi hər saat, 7 yaşına gəldiyində diqqət əksikliyi riskini artırır. Diqqət edilməli nüanslar hansılardır? Bu cür uşaqların sosiallaşmasına xüsusilə diqqət yetirmək lazımdır. Nə qədər tez üzərinə düşülər, daha tez mütəxəssislərə müraciət olunarsa, düzəlmə ehtimalı o qədər yüksəkdir. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.    https://hekimtap.az 

Опубликовано: 27.11.2019

Sapla lifting hekimtap.az

Sapla lifting

Sapla liftinq nədir? Sapla liftinq xüsusi sapların köməyi ilə üz və bədən dərisinin sallanmasının qarşısını alan az travmatik və az invaziv prosedurdur. Saplar toxumalarda lazimi vəziyyətdə daimi karkaz formalaşdırır. Saplar tamamilə təhlükəsizdir və müəyyən müddətdən sonra sorulurlar. Hər bir qadın müasir həyat ritmində mümkün qədər cavan və cəlbedici olmaq ,həmçinin özünə qulluğa az bir zaman sərf etmək istəyir. Ona görə də, çoxları reabilitasiya dövrü az olan müasir əməliyyatsız metodikaları seçir.Məsələn bədən və üzün sapla liftinqi bir seansa gözlə görüləcək nəticəni əldə etməyə imkan verir. Sapla liftinqə göstərişlər: Yumşaq toxumaların sallanması Dərinin sallanması Ağız bucağındakı qatlar İkincili çənə altı Qaş uclarının düşməsi Üz ovalının dartılması Çapıqlar Qarnın, budun və qolların içəri səthinin dərisinin sallanması Əks göstərişlər Onkologiya Autoimmun xəstəliklər Qan laxtalanmasının pozulması Orqanizmdə infeksiya Xroniki xəstəliklərin kəskin dövrü Keloid çapıqların əmələ gəlməsinə meyillik Hamiləlik və laktasiya dövrü Prosedur 60 dəqiqə davam edir. Prosedurdan sonra şişkinlik,hematoma, dəri yığıntıları ola bilər. Bu əlamətlər müalicəsiz öz-özünə keçib gedir.İlk sutkalar qəfil mimik hərəkətləri azaltmalı, ilk həftələr isə idmanla məşğul olmaq,saunaya getmək, hovuzda üzmək olmaz.

Опубликовано: 24.11.2019

Botulinoterapiya hekimtap.az

Botulinoterapiya

Botulinoterapiya A tipli botulotoksinin inyeksiya şəklində əzələyə yeridilməsidir. Bu inyeksiya nəticəsində əzələlər boşalır və qırışlar hamarlanır. Preparatın yeridildiyi nahiyədə yeni qırışlar əmələ gəlmir. Əvvəllər botulotoksin terapevtik məqsədlərlə istifadə olunurdu. Zamanla hiperhidroz və qırışlarla mübarizəyə qarşı estetik botulinoterapiya inkişaf etdi. Hiperhidrozun müalicəsi zamanı botulotoksin qoltuq altı , əllərin içi və ayaqların altına vurulur.Botulotoksin mikro iynələr şəklində əzələyə, bəzən dəri altı vurulur. Botulinoterapiya üzdə,boyunda, dekoltedə olan qırışları aradan qaldırır. Ən çox korreksiya olunan qırışlar: Botulinoterapiyaya göstərişlər: Alın və qaşın ortasındakı qırışlar ( vertikal və horizontal qırışlar) Burun belindəki qırışlar Göz ətrafı qırışlar( qaz ayağı qırışlar) Boyun gərginlikləri Dodaq-çənə qırışı  Ağız bucaqlarının düşməsi Qeyri-kəskin üz ovalı Üzün asimmetriyası Burun ucunun düşməsi və enli burun qanadları Hiperhidroz ( aşırı tərləmə) Qaş hündürlüklərinin asimmetriyası Botulinoterapiyaya əks göstərişlər: Hamiləlik və laktasiya dövrü Onkologiya İnyeksiya yerində hər hansı iltihab əlaməti  Qanın laxtalanmasının pozulması Zülala qarşı allergiya Prosedurun effekti 10-14 gün ərzində bilinir və individual olaraq 4-6 ay davam edir.  Prosedur sonrası məsləhətlər: Prosedurdan sonra ilk 3-4 saat vertikal vəziyyətdə qalmaq, 7-10 gün ərzində inyeksiya zonasını isitmək olmaz.( sauna, hamam, hovuz, günəş vannası qəbul etmək olmaz) Fizioterapiya prosedurları etmək olmaz İlk ay antibiotik və B qrup vitaminlərin qəbulunu dayandırmaq Təkrar inyeksiya 6 aydan sonra aparılır, əgər 1.5-2 il ərzində requlyar olaraq botulinoterapiya edilərsə bu yeni mimik qırışların profilaktikası deməkdir.

Опубликовано: 24.11.2019

Mastopatiya
 hekimtap.az

Mastopatiya

MASTOPATİYA NƏDİR? Mastopatiya - Süd vəzilərin xoşxassəli dəyişikliyi, dishormonal hiperplaziyasıdir. Süd vəziləri hormonların dəyişikliklərinə həssas olan orqandır. Estrogenlərin təsiri altinda uzun müddət qalması (hiperestrogeniya), progesteronun azalması (hipoprogesteronemiya), prolaktinin artması (hiperprolaktinemiya), qalxanvari vəzin hormonlarının pozğunluğu və s.süd vəzilərin proliferativ proseslərinin artmasına gətirib çıxarır. Mastopatiya reproduktiv periodda (menstruasiya dövründə) olan qadınlara xarakterikdir. MASTOPATİYANIN SƏBƏBLƏRİ: -Doğuşun olmaması,az olması; -Abortlar; -Əmizdirməmək,az əmizdirmək; -Cinsi həyatın pozğunluğu; -Stresslər; -Endokrin orqanlarin funksional pozğunluğu; -İrsi meyillilik. MASTOPATİYANIN  NÖVLƏRİ: -Diffuz; -Düyünlü; -Qarışıq. MASTOPATİYANIN  SİMPTOMLARI: -Ağrı; -Gərginlik; -Ödem(şişkinlik); -Ağırlıq; -Gilədən ifrazat; -Düyünlü bərkimə sahələri. MASTOPATİYANIN  DİAQNOSTİKASI: -Mammoloqun konsultasiyası; -Ultrasəs müayinəsi; -Mammoqrafiya; -Maqnit-rezonans tomoqrafiya; -Sitoloji və ya histoloji müayinə. MASTOPATİYANIN  MÜALİCƏSİ: Müalicə sxemi individual olaraq mammoloq tərəfindən seçilir. Burda süd vəzilərində dishormonal hiperplaziyanın əmələ gəlmə səbəblərinin araşdırılması və onların aradan qaldırılması vacibdir. MASTOPATİYANIN PROFİLAKTİKASI: -sağlam həyat tərzi; -sağlam və balanslaşdırılmış qida; -stress və psixoemosianal gərginliklərdən uzaqlaşma; -alt paltarın rahat və təbii materiallardan olması; -əmizdirmək; -normal cinsi həyatın olması; -menstrual siklin mütəmadi olması.

Опубликовано: 24.11.2019

Fibroadenoma hekimtap.az

Fibroadenoma

FİBROADENOMA NƏDİR? Fibroadenoma süd vəzilərin xoşxassəli törəməsidir. Bu törəmə birləşdirici(üstünlük təşkil edən) və vəzli toxumalardan ibarətdir.Sağlam toxumaların proliferasiyası zamanı formalaşır. 15-35 yaşında olan qadınlarda daha tez-tez rast gəlinir(pik 20-24 yaş). Hormonlara həssas olan törəmədir və qadının həyatında olan hormonal dəyişikliklərə bağlı olan periodlar (cinsi yetişkənlik, hamiləlik, laktasiya, menopauza) fibroadenomaya təsir edib, onun proqress və reqressinə səbəb ola bilər. Fibroadenoma 10% qadınlarda rast gəlinir. FİBROADENOMANIN ƏMƏLƏ GƏLMƏ SƏBƏBLƏRİ: Tam olaraq bilinmir, amma genetik faktorlar, hormonal pozğunluq, bəzi hormonların qəbulu və s. təsir edə bilər. FİBROADENOMANİN  SİMPTOMLARI: -süd vəzidə törəmənin əllənməsi Törəmə: -aydın əllənən; -dəri ilə əlaqəsi olmayan; -hərəkətli; -bərk-elastik konsistensiyalı; -müxtəlif ölçülü; -ağrısız olur. FİBROADENOMANIN NÖVLƏRİ:  1)yetişməmiş (yumşaq, tam formalaşmamış, tez böyüyən). Fibroadenomanın bu növü əsasən yeniyetmələrə xarakterikdir. 2)yetişmiş (bərk-elastik konsistensiyalı, aydın kapsulası olan, asta böyüyən və ya böyüməyən). Əsasən 20-40 yaşında qadınlara xarakterikdir. Fibroadenomaların  histoloji  klassifikasiyası: 1)intrakanalikulyar 2)perikanalikulyar 3)qarışıq(intra və perikanalikulyar) 4)yarpaqvari(filloid).Yarpaqvari fibroadenomanın 10-15% bədləşmə təhlükəsi var.   Fibroadenomalar  tək və çoxsaylı,birtərəfli (ipsilateral) və ikitərəfli (bilateral) olur. FİBROADENOMANIN DİAQNOSTİKASI: -mammoloqun baxışı; -ultrasəs müayinəsi; -mammoqrafiya (40 yaşından yuxarı olan qadınlara); -maqnit-rezonans tomoqrafiya (MRT); -biopsiya (incə iynə aspirasion və ya tru-cut)+patomorfoloji müayinə. FİBROADENOMANIN MÜALİCƏSİ: 1)nəzarət (kontrol müayinələr) 2)cərrahi əməliyyat Cərrahi əməliyyata göstərişlər: -filloid quruluşlu törəmələr (ölçüsündən asılı olmayaraq) -böyük ölçülü törəmələr ( >2 - 2,5sm)  -törəmənin sürətlə böyüməsi -ağrılı olması -xəstənin təkid etməsi. FİBROADENOMANIN PROFİLAKTİKASI: Fibroadenomanın birincili profilaktikası yoxdur, ikincili profilaktikası-qadının vaxtlı vaxtında müayinə olunmasıdır. (öz-özünü müayinə, mammoloqun baxışı, usm və s.)

Опубликовано: 24.11.2019

Spinner