Язык:
Русский
Rəngli gözlər göz xərçənginə daha tez tutulur
23 февраля 2018 14984Bu barədə Nyu – York və Ohio state universitetlərinin apardığı araşdırmalar zamanı deyilib. Göz rəngini təyin edən hüceyrələrin burada vacib rol oynadığı bildirilib. Araşdırma zamanı mavi, yaşıl, və boz göz rəngi ilə açıq rəngli (ağ) dəri rənginə sahib olanlarda göz xərçənginin inkişaf etmə ehtimalının daha yüksək olduğu aşkarlanıb.
Türkiyəli oftalmoloq Altug Çetinkaya, göz ətrafında olan şişlikləri “göz şişləri” olaraq adlandırıldığını, bunun isə bədxassəli diaqnozu qoyulduğunda göz xərçəngi olduğunu söyləyib. Şişlər gözün müxtəlif nahiyyələrində görülə bilər. Məsələn, göz qapaqlarında, göz içərisində və ya çölündə təsbit edilə bilər. Mütəxəssis xəstəliyin olduğu yerə görə, fərqli əlamətlər göstərə biləcəyini vurğulayıb.
Altug Çetinkaya, əlamətlərin göz içərisində qızarıqlıq, göz qapaqlarında şişlik verdiyini qeyd edib:
“Bundan əlavə olaraq, göz ətrafında olan zaman iltihablanma və qaşıntı şəklində ortaya çıxa bilər. Şişlər bəzən göz bəbəyinin yumruluq quruluşunu da poza bilər. Gözün içində iris təbəqəsindəki şişlərdə isə bəzən qəhvəyi rəng, bəzənsə açıq rəngdə şişliklər müşahidə edilə bilər”.
Gözün arxasında ortaya çıxan şişlər isə bəzən heç bir şikayətə səbəb olmaz. Bunlar adətən ümumi müayinələr zamanı ortaya çıxa bilər.
Göz xərçəngi haqqında məlumat verən oftalmoloq bunları vurğulayıb:
Bulanıq görmə, anidən görmə itkisi, görmə zamanı meydana çıxan nöqtələr, gözün rəngli qismində ortaya çıxan tünd nöqtə və ya ləkə, göz bəbəyinin şəklində və ya böyüklüyündə dəyişim, həssaslıq görülə bilər. Bununla yanaşı gözdə qızarma və ya işığa qarşı həssaslıq da hiss edilə bilər. Göz xərçəngi, gözün çölünə doğru böyümədiyi müddətcə ağrı nadir hallarda müşahidə edilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1