Язык:
Русский
Qrip haqda doğru bildiyimiz yalnışlar
12 декабря 2018 9146Qrip, virusların səbəb olduğu və tez yayılan nəfəs yolu infeksiyasıdır. Simptomlar arasında öskürək, yorğunluq, baş ağrısı, qızdırma, burun axması, asqırmaq və boğaz ağrısı göstərilir. Ancaq qrip haqqında doğru bilinən yalnışlar var.
Səhv: Qrip, ağır formada olan soyuqdəymədir.
Doğru: Qrip, soyuqdəymə simptomlarına səbəb ola bilir, amma qeyri-ciddi yanaşılmamalıdır. Virus ABŞ-da 36 000 nəfərin ölümünə səbəb olub.
Səhv: Qrip ürəkbulanma, qusma və ishal kimi simptomlarla özünü göstərə bilər.
Doğru: Qrip mədə-bağırsaq xəstəliyi yox, nəfəs yolu infeksiyasıdır.
Səhv: Bir və ya iki gündən çox qızdırmanız olarsa, antibiotik işlədə bilərsiniz.
Doğru: Antibiotiklər bakteriyalara qarşı mübarizədə yaxşı nəticə versə də, qrip qarşısında o qədər də effektli deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1