Язык:
Русский
Karpel Tunel sindromu nədir?
21 февраля 2018 17525Karpel tunel, əl biləyin orta hissəsində yerləşən sümüklərdən ibarət dar keçiddir. Baş,2 və 3 barmaqlardakı hərəkəti, hiss etməyi təmin edən sinir bu kanaldan barmaqlarımızı bükmək, əlimizi yumruq edə bilməmizi, tutmaq hissini də tənzimləyir. Bu keçidi örtən əlaqələr (sinirlər) şişərsə hissizlik, ağrı verər.
Bu əlamətlər bir və ya iki əldə ola bilər. Adətən ən çox istifadə edilən əldə müşahidə edilir. İlk olaraq 1800 illərdə diaqnoz təsdiq edilib. Qadınlarda kişilərə görə daha çox rast gəlinir.
30-50 yaş aralığında olan insanlarda daha çox görünür. Xüsusilə də kompyuter arxasında saatlarda zaman keçirən, uzunmüddətli telefon tutan, həmçinin maşın sürən insanlarda müşahidə edilir. İmmunitet sisteminə təsir edən xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda da bu risk payı yüksəkdir.
Aşağıdakı əlamətlərə mütləq diqqət edilməlidir:
– Ağrı – Bu sindrom yavaş irəliləyir. Öncə gecə və ya səhərlər oyandığınız zaman ağrı, uyuşma hiss edə bilərsiniz amma diqqət etməzsiniz. Gün ərzində telefom və ya kitab kimi şeyləri tutan zaman yanma,ağrı daha da şiddətlənər. İlk vaxtlar bellə ağrılar zamanı barmaqlarınızı aşağıya doğru tutmaq kömək edə bilər.
– Zəiflik – İrəlilədikcə baş barmaq, işarət və orta barmaqda gücsüzlük hiss edə bilərsiniz. Xüsusilə də əllərinizi yumruq formasında tutan zaman bir anda güzsüzlük baş verər. Əlinizdə nəisə varsa anidən yerə salmağınız mümkündür. Daha da irəliləsə baş barmaq kökündə ərimə başlaya bilər.
– Həssaslıq – Karpel Tunel sindromu əllərdə hissizlik də yarada bilər. Şişkinlik olmasa da barmaqları şişmiş kimi hiss edən bəzi insanlar isti və soyuğu ayırd etməkdə çətinlik çəkə bilərlər.
Bəzən başqa xəstəliklərlə bu sindrom qarışıq salına bilər:
– Əzələ zədələri
– Baş barmaq və ya bilək artriti
– Qırılma kimi bilək zədəsi
– Sinir sıxışması
Proloterapiya Karpel Tunel sinndromunun müalicəsində mühüm rol oynayır. Azərbaycanda bununla yeganə həkim məşğul olur ki, bu həkim nevroloq Sevinc Həmidovadır.
Bu zaman isə həkim tərəfindən bəzi analizlər edilərək dəqiq xəstəlik diaqnozu qoyulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1