Язык:
Русский
İsti havalarda diqqət ediləcək məqamlar
14 июля 2018 6889Yaz-yay aylarında hava istiliyinin artması ilə yanaşı hər yaşdan insan üçün vücudun təməl istəkləri də dəyişir. Havaların isinməsi ilə birlikdə bədənin suya olan ehtiyacında artım olur. Həmçinin belə havalarda qidalanmağa diqqət yetirilməlidir.
Uşaqlarınızın sağlamlığı daha çox belə havalarda qorunmalıdır. Çünki belə havalarda daha çox ishal müşahidə edilir.0-6 ay ərzində uşaqlara ana südü verilirsə su verməyə ehtiyac yoxdur. Əlavə qidaya başlayan uşaqlara maye ehtiyacı ana südü və hazır qidalarla dəstəklənməlidir.
Böyüklərdə isə maye ehtiyacı minimum 2 litrdir. İstiliyin artması ilə mayeyə olan ehtiyac da bir o qədər artır.Bu səbəblə maye ehtiyacını qarşılamaq üçün su ilə birlikdə ayran, gündə ən çox iki ədəd meyvə sularını içmək lazımdır.
Yüksək dərəcəli istiliklər, maddələr mübadiləsinin sürətini yavaşladır. Həmçinin ürək döyüntüsündə artış, oksigenin azalması,təzyiqin yüksəlməsi baş verə bilər. Bulantı, baş gicəllənməsi kimi də hallar yaşana bilər.
Həddindən çox istiliklər, qida zəhərlənməsinə də səbəb ola bilər. Bu səbəbdən yeyillən qidalara daha çox diqqət göstərilməlidir. Xüsusilə yumurta, toyuq, balıq kimi qidaların saxlanılma şəraitinə diqqət göstərməlisiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1