Язык:
Русский
Boyun ağrılarının səbəbləri
19 февраля 2018 20262Boyun ağrısı insanların həkimə müraciət etmələrinin əsas səbəblərindəndir. Boyun ağrılarının bir çox səbəbləri vardır. Bəzən həkimlər ağrının mənbəyini təyin etməkdə çətinlik çəkə bilərlər. İlk olaraq həkimlər boyun ağrılarının xərçəng, infeksiya kimi ciddi xəstəliklərdən qaynaqlanıb –qaynaqlanmadığını müəyyən etməyə çalışırlar.
Spondylosis – Əksər boyun problemi boyun oynaqlarının zəifləməsi nəticəsində meydana gəlir. Başlanğıcda bu kiçik yaralanmalar ağrısız baş verir. Ancaq müəyyən zamandan sonra təkrarlayan travmalar nəticəsində boyun ağrısı yaranır. Həkimlər bəzən bu baş verən dəyişikliklərə spondiloz adı da verilir.
Əzələlərin həddən artıq gərgin olması (mialgiya). Uzun müddət ərzində oturaq vəziyyətdə iş görən insanda boyun əzələlərində gərginlik artır, sıxılır. Sıxılmış əzələlər, ətrafda yerləşən sinirləri sıxır ki, bu da boyun ağrılarının inkişafına səbəb olur. Ağrı boyunun arxa hissəsini əhatə edir və çiyinlərə yayılır. Belə ağrılar ofis işçilərini tez-tez narahat edir.
Belə vəziyyətə düşməmək üçün oturaq vəziyyətdə işləyən insan hər 30-40 dəqiqədən bir çox sadə hərəkətlər etməlidir - boynunu arxaya, qabağa və yanlara əyməlidir. Bu əzələlərdən artıq yükləməni götürür, qan dövranı yaxşılaşdırır, əzlələri "boşaldır" və ağrılardan xilas edir.
Tibbin son nailiyyətlərindən biri kimi proloterapiyanı göstərə bilərik. Proloterapiya ilə boyun, bel, diz və oynaqlarda olan ağrılardan düzgün diaqnoz və professional həkimin köməyi ilə qurtulmaq olar. Azərbaycanda bununla yeganə həkim məşğul olur ki, bu həkim də nevroloq Sevinc Həmidovadır.
Əzələlərin zədələnməsi də boyun ağrılarına səbəb ola bilər. Hansısa travmalar zamanı da bu ağrılar baş verir.
Yırtıqlarla əlaqədar olaraq boyun ağrıları yarana bilər. Boyunda yırtıqlar adətən 5 və 6 fəqərələr arasında ortaya çıxar. Bu vəziyyətdə yırtıqlarda əlamətlər olaraq öskürək və bir sıra ağrılarla üzə çıxa bilər. Bəzən bu səbəbdən uyuşmalar da baş verə bilər. Erkən diaqnoz qoyularsa əməliyyata ehtiyac qalmadan uğurlu nəticələr əldə etmək mümkündür.
- Streslə bağlı yaranan boyun ağrıları
- Yanlış duruş
- Göz xəstəlikləri qaynaqlı
- Revmatizmalar
- İç orqanlarında baş verən problem
Boyun osteoxondrozu da boyun ağrılarının ən yayılmış səbəblərindən biridir. Xəstəlik onurğada mübadilə proseslərinin pozulması nəticəsində inkişaf edir. Fəqərələr arasında yerləşən və amortizasiya funksiyasını yerinə yetirən fəqərələr arası disklər tədricən sürtülür və nazilir. Nəticədə fəqərələr bir birinə yaxınlaşır və aralarında keçən sinirləri sıxmağa başlayır ki, bu da ağrılara səbəb olur. Ağrı dartıcı xarakter daşıyır, insan başını çevirdikdə ağrı artır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1