Language:
English
Yavaş yemək vərdişi necə qazanılmalıdır?
27 September 2018 10354Yavaş yemək vücud üçün sağlamlıq deməkdir. Bu zaman mədədə yanma, turşuluq hissi olmur. Həmçinin qidalardan dad alma zövqünü də artırar. Yeməklərin yaxşı çeynənilərək yeyilməsi isə həzmlə bağlı yaranacaq problemləri minimuma endirir.
Sürətli yemək vərdişini bir anda dəyişdirmək mümkün deyil. Ancaq yemək yemə müddətini uzatmaq üçün bəzi gərəkli tövsiyələri təqdim edirik:
Qidalanma ortamınızın rahat olmasına diqqət edin.
Ara qidalar ilə aclığınızı nizamlayın.
Yeməklərin qaynar olmamasına nəzarət edin.
Yemək zamanı söhbət edin.
Hər loxmanı çəngəl, bıçaqla yeyin.
Ən əsası isə televiziya izləyən zaman yemək yeməyin.
Çeynənilməsi üçün uzun müddət tələb edən lifli qidaları seçin.
Stresli olan zaman yemək yeməyin.
Yemək yeyəcəyiniz insanı doğru seçin. Yavaş yemə vərdişi olanlarla masa arxasına əyləşin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1