Language:
English
Revmatoid artrit nədir?
17 August 2020 12728Xalq arasında “iltihablı revmatizma” olaraq bilinən revmatoid artrit, kiçik oynaqların tutulduğu, xroniki, 6 həftədən daha uzun davam edən oynaq xəstəliyidir.
Revmatoid artrit autoimmun xəstəlik növüdür. İnsanın immun sistemi yad ziyanlı hüceyrələri (bakteriyalar, viruslar və s.) məhv etməlidir. Autoimmun xəstəliklər zamanı insanın immun sistemində pozulma yaranır. Nəticədə immun hüceyrələri orqanizmin öz sağlam hüceyrələrinə hücum edir və onları məhv etməyə çalışır. Həkimlərin araşdırmalarına görə, revmatoid artrit tez-tez güclü stress, emosional sarsıntılardan sonra (yaxın insanın ölümü, boşanma və s.) inkişaf etməyə başlayır.
Əgər aşağıdakı problemlər sizdə varsa mütləq mütəxəssisə müraciət edin:
Oynaq ağrısı - Oynaqlarda ağrı və həssaslıq, revmatoid artrit xəstələrinin ən çox qarşılaşdıqları problemdir. Bu ağrı hər 2 əl oynaqlarını, əl biləklərini və ya ayaq oynaqlarına simmetrik olaraq təsir göstərir və 6 həftədən daha uzun çəkir.
Şişlik – Revmatoid artritlə əlaqəli olaraq əl və ayaq oynaqlarında şişliklər meydana çıxa bilər. Bu şişliklər oynaq aralığında maye toplanması, həm də iltihab səbəbi ilə meydana çıxa bilər. Bu maye, diz və ayaq biləklərində də görülə bilər.
Halsızlıq – Xroniki xəstəliklər, yorğunluq və bitkinlik hissinə səbəb olur. Ancaq revmatoid artrit səbəbiylə ortaya çıxan yorğunluq normadan artıq olur.
Hərəkətlərdə itki – Revmatoid artrit müalicə edilməzsə bu oynaqlarda hərəkət və funksiya itkisinə yol aça bilər. Doğru diaqnoz və müalicə sayəsində belə xəstələr normal həyat yaşaya bilərlər.
Müalicə edilmədiyi zamanlar oynaqlarda problemlər yarana bilər. Ağrıların şiddəti isə tamamilə orqanizmdən asılıdır. Xəstəliyin diaqnozunu tez qoymaq və müalicəyə zamanında başlamaq vacibdir. Müalicələr sayəsində isə ağrılar azalmağa başlayır.
Qeyd edək ki, xəstəliyin əlamətləri ilk 2 ildə daha da arta bilər.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1