Language:
English
Böyrək ağrıları
17 August 2020 13119Böyrəklərin əsas vəzifəsi artıqları vücuddan uzaqlaşdırmaqdır. Böyrək ağrıları bəzən digər xəstəliklərin ağrıları ilə qarışıq salınır.
Böyrək ağrılarının əsas səbəbləri adətən sidik yolu infeksiyaları və böyrək daşları olur.
Böyrək ağrısının əlamətləri nədir?
Bəzən böyrək ağrıları ilə kürək ağrılarını ayırd etmək çətin ola bilir. Kürək ağrıları adətən ağır qaldırma nəticəsində meydana çıxır. Böyrək ağrıları qabırğaların altında, kürək ağrılarından daha yüksəkdə və dərin hiss edilə bilər.
Böyrək ağrısının simptomları nədir?
Qızdırma
Ağrılı sidiyə getmək
Sidikdə qan
Mədə bulantısı
Qusma
Mədə bulantısı
Baş gicəllənməsi
Yorğunluq və s.
Böyrək funksiyalarının daha irəliləmiş formaları özünü başqa simptomlarla göstərir:
Ağızda acı dad
Ağız qoxusu
Nəfəs darlığı
Böyrək ağrısının səbəbləri nədir?
Sidik yolu infeksiyaları
Sistit
Böyrək infeksiyaları
Böyrək böyüməsi
Böyrək daşları
Böyrək xərçəngi
Böyrək funksiyalarına zərər verən dərmanlar
Hamiləlik
Uyğun analizlər vasitəsilə diaqnoz dəqiq qoyulmalı və uyğun müalicə başlanılmalıdır. Erkən başlanan müalicə ilə müsbət nəticələr əldə etmək mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1