Language:
English
Yaşıl almanı hər səhər ac qarnına yeyin – Faydaları
17 May 2018 9763Hər gün ac qarnına yaşıl alma yeməyin faydaları çoxdur.
80 kalori olan bir ədəd yaşıl almanın tərkibində bol miqdarda karbonhidrat və amino asidin olması enerji verir.
Ac qarnına alma yemək toxluq hissi verərək pəhriz saxlayanlara da kömək edə bilər.
Şəkərli diabet xəstəliyinin qarşısını alan təbii qidalar sırasında yaşıl alma da var. Səhərlər ac qarnına yeyilən yaşıl alma vücudun ehtiyac duyduğu şəkər miqdarını azaldacaq və vücudu şəkər xəstəliyinə qarşı qoruyacaq.
Ürək-damar sağlamlığını qoruyur.
Yüksək xolestrini tənzimləyir.
Əzələləri və ürəyi qoruyur.
Həzm sistemini tənzimləyir.
Liflə zəngin olan yaşıl alma hər səhər ac qarnına yeyildiyi zaman xronik qəbizlik probleminin müalicəsində də effektlidir.
Güclü antioksidandır. Beyinə zərər verən radikalların yaranmasının qarşısını alır. Tərkibində olan C vitamini, maqneziumla birlikdə hüceyrələrin yenilənməsinə və beyin hüceyrələri üçün oksigenin ortaya çıxarılmasına yardım edir.
Hər gün səhər yeyilərsə dəriniz daha sağlam və parlaq olar.
Həmçinin araşdırmalara görə, yaşıl alma dişlər üçün digər alma növlərindən daha effektlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1