Language:
English
Uşağınız enerjilidir ya hiperaktiv?
19 July 2020 10704Uşağınız gərəksiz yerə sağa-sola qaçıb daim hərəkət halındadırsa, normadan çox danışırsa, sakit bir şəkildə durarkən əl-ayaqlarını oynadırsa bu əlamətlər diqqət əksikliyi və hiperarktivliyə işarətdir. Məktəb zamanına gələn uşaqlarda çox görülən diqqət əksikliyi və hiperaktivlik pozğunluğu zamanla problem halına gələ bilir. Belə uşaqlar vaxt keçirmədən mütəxəssis tərəfindən müayinə olunmalıdırlar.
Xüsusilə də problemi olan uşaqlar, məktəbdə dərsə fikirlərini tamamilə verə bilmirlər. Tanışlar arasında isə “tənbəl, şuluqçu” uşaqlar olaraq adlandırılırlar.
Oğlan uşaqlarında 2-3 qat daha çox hiperaktivlik görülür. Buna bioloji, genetik, sosial ətrafın təsiri ola bilər. Ana qarnında körpənin hərəkətli olması, doğuşdan sonra gözlənilən hərəkətlilik və yuxu rejiminin pis olması kimi əlamətlərin bu problemin erkən yaşda başlamasına istiqamət verdiyi düşünülür.
Uşağın sosial həyatına və müvəffəqiyyətinə təsir göstərən diqqət əksikliyi və hiperaktivlik pozğunluğu vacib bir problemdir. 4 yaşdan öncə uşağın hərəkətləri tez-tez dəyişdiyi üçün xəstəliyin diaqnozu məktəb çağında qoyulur. Diaqnozun qoyulması üçün 6 yaş üzəri və mövcud əlamətlərin 6 aydan uzunmüddət davam etməsi lazımdır.
Aşağıdakı əlamətlər problemin diaqnozu üçün vacibdir:
Diqqət əksikliyi – bir işə fikrini verə bilməz, çox tez-tez səhvlər edər, işləri yarım qoyar, özü ilə danışan zaman dinləmirmiş təsirini bağışlayar.
Bu zaman uşaqlar mütəmadi olaraq əşyalarını itirərlər. Ən böyük əlamət isə unutqanlıqdır.
Belə uşaqlar çox hərəkətli olurlar. Oturduqları zaman belə əlləri və ayaqları daima hərəkət edir. Uzunmüddət bir yerdə dura bilməzlər. Bitməyən enerjiləri olduğu zənn edilir. Ancaq ciddi bir problemin xəbərçisi ola bilər. Bu səbəbdən mütəxəssisə göstərilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1