Language:
English
Protez dişlər nədir? - Faydaları
10 June 2020 11424Diş protezləri, ağız pozulan təbii diş quruluşunun düzəldilməsi və ya əksik olan dişlərin yerinin tamamlanması üçün tətbiq edilən süni dişlərdir. Bu protezlər toxumaların sağlamlığını, rahatlığını qorumaq məqsədi daşıyır.
Diş sahəsində edilən protez tətbiqi bu istiqamətdədir:
Hərəkətli (tam və ya hissəli) protezlər
Sabit protezlər (metal və ya metalsız zirkon qapaq)
İmplant üzərinə edilən sabit və ya hərəkətli protezlər
Ağızdakı təbii diş kökləri üzərinə edilən protezlər
Çənə və üzdəki sərt, yumşaq toxuma itkisi zamanı tətbiq edilən protezlər
Hərəkətli protez termini dedikdə xəstənin özünün bunu taxıb çıxarda bilməsi nəzərdə tutulur. Protezlər bir neçə əksik diş üçün, bütün ağız çənəsi üçün də hazırlana bilər.
Protezlər, xəstənin ağız nahiyəsində qalan şəxsi təbii dişlərinin yer dəyişdirməsinin qarşısını alır. Təbii dişlər itirildiyi zaman yandakı dişlər əyilərək boşluğa keçə bilər. Bu da dişlərin daha tez çürüməsinə yol açır.
Əksik dişlərin yerinə qoyulan protezlər çeynəməyi və qidaların üyüdülməsini rahatladacaqdır. Əks halda əksik dişlər damağa da zərər verir.
Dişlər danışığa da təsir göstərir. Protez ilə düzəldilən ağız boşluğu pozulan danışığın da düzəlməsini təmin edir.
Bununla yanaşı dişlərin əksikliyi üz ifadəsini də yaxşı görsətməyə bilər. Dodaq əyilmələri baş verir. Estetik görünüşün düzəldilməsi üçün əksik dişlərin əvəzinə protez qoyulmalıdır.
Protezlər taxıldıqdan 1 həftə sonra ilk müayinə olmalıdır. Digər yoxlamalar isə 6 ayda bir və daha sonra ildə bir dəfə olmalıdır. Problem yaranarsa həkimə dərhal müraciət edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1