Language:
English
Nəmli saç
30 April 2020 9922Nəmli saçla yatmağın zərərləri
Bir çox insan çimdikdən sonra saçlarını qurulamır və yaş formada yatır. Ancaq nəmli saçlarla yatmağın immunitet sisteminə zərərləri çoxdur.
Bəs yaş saçlarla yatmağın ziyanları nədir?
Əzələ ağrılarına yol açar. Çünki saçların yaş olması qan dövranı problemlərinə səbəb olarkən vücud istiliyini dəyişdirir. Əzələlərin ağrımaması üçün saçlar qurudulmalıdır.
Saçların 1-2 saat nəmli qalması, saçlarda yağ miqdarının azalmasına səbəb olur. Həmçinin baş dərisindəki pH səviyyəsinin tarazlığını pozar.
Vücud istiliyinin dəyişilməsi soyuqdəyməyə yol açır. Vücudun qorunma mexanizmini zəyiflədir.
Yaş saçla yatmaq dəridə göbələyin yaranmasına səbəb olur. Göbələk və qaşıntılara səbəb olar.
Saç qırılmalarının əsas səbəblərindən biridir. Saç tellərini gücsüzləşdirir.
Beyindəki qan dövranına mənfi təsir göstərir. Bununla yanaşı baş ağrılarına səbəb olur.
Dəridəki mövcud problemləri artırar. Əgər göbələk xəstəliyinə meyillilik varsa bu daha da kəskinləşər.
Bu səbəbdən saçlarınızı yatmazdan öncə mütləq qurulamağınız tövsiyə olunur.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1