Language:
English
Hamiləlikdə bu növ qidalardan uzaqlaşın
02 August 2018 6956Hamiləlikdə ananın yediyi, içdiyi, hiss etdiyi hər şey körpəyə təsir göstərir. Orqanları yeni yaranmaqda olan uşağınızı toksinlərdən qorumaq üçün edə biləcəyiniz bəzi ön tədbirlər ola bilər.
Makiyaj da daxil olmaqla bir çox qulluq vasitələrini azaltmağa çalışın. Diş məcunu , dezodarant kimi vasitələrdən mümkün qədər az istifadə edin.
Qoxusuz vasitələrdən istifadə edin. Hər məhsulun tərkibində kimyəvi maddələr mövcuddur. Pedikür, saç boyamasına isə əlvida deyin.
Dırnaq boyası, saç boyası sağlamlığınız üçün zərərli ola bilər. Çünki tərkiblərində bir çox toksiki maddələr mövcuddur.
Keyfiyyətli günəş kremlərindən istifadə edin. Sağlam və gözəl olmaq üçün günəşin mənfi şüalarından qorunmaq lazımdır. Bundan təbii üsulla qorunmaq üçün günorta saatlarında çölə çıxmamaq daha çox məsləhətdir.Çıxsanız belə papaqdan istifadə etməyiniz tövsiyə edilir.
Süd, süd məhsulları, meyvə və tərəvəzlərdən istifadə edin. Hazır paket qidalardan uzaq durun. Bunlar uşaq üçün kifayət qədər təhlükəlidir.
Yeməyinizi özünüz bişirin. Hazır qidalardan uzaq durmağa çalışın. Təbii tərəvəzlərdən istifadə edilən yemək həm ana həm də uşaq üçün daha faydalıdır.
Konservalardan uzaqlaşın. Fast food və bu növ qidalar sağlamlığınız üçün kifayət qədər zərərlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1