Language:
English
Ekzema xəstəliyi
25 May 2020 9655Ekzema xəstəliyi nədir?
Ekzema, dəridə yaranan iltihabi bir xəstəlikdir. Dəridə quruluq, qaşıntı və qabarcıqlarla xarakterizə edilir. Belə xəstələrdə infeksiya mənbəli problemlərə daha çox rast gəlinir. Hər yaşda görülə bilər. Adətən üz, dirsəklər, diz, saç dibi kimi nahiyələrdə tez-tez rastlanır.
Bəs əlamətləri nədir?
Dəridə quruluq
Qaşıntı
Qabarcıqlar
Qızarıqlıq
İltihab
Saç dərisində kəpəklənmə
Dəridə çatlama
Bəs yaranma səbəbi nədir?
Xarici və daxili nüanslar burada rol oynayır. Yuyucu toz, sabunlar kimi kimyəvi məhsullar da buna səbəb ola bilər. Bununla yanaşı günəş şüalarına çox məruz qalmaq, bəzi xəstəliklər, qəbul edilən dərmanlar da bu xəstəliyə yol aça bilər. Bunlardan başqa problemin irəliləməsində stress, maddələr mübadiləsinin anormal fəaliyyəti də rol oynayır.
Bu xəstəliyin bir çox növü mövcuddur. Adətən klinik müayinə ilə diaqnoz qoyulur. Allerqoloq müayinə əsasında fikir söyləyir. Baş verən simptomlar əsasında müalicə sistemi təyin edilir. Bununla yanaşı qan və allergik testlər də təyin edilir.
Bəs müalicəsi necə aparılır?
Xroniki xəstəlik hesab edilib dəqiq müalicəsi yoxdur. Xəstələrə tətbiq olunan müalicələr, adətən simptomların gücünü azaltmağa yönəlir. Bu müalicədə nəmləndiricilərdən, allergiyanın qarşısını alan dərmanlardan istifadə edilir. Qaşıntının qarşısını almaq üçün krem və gellərdən istifadə edilə bilər. Bununla yanaşı bol maye qəbul edilməlidir. Pəhrizlə məşğul olanlar isə bəzi qidaları siyahıdan çıxartmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1