Language:
English
Yumurtanın yeni faydaları aşkarlandı
10 January 2018 18614Amerikalı alimlər apardıqları çoxsaylı tədqiqatlardan sonra müəyyənləşdiriblər ki, toyuq yumurtası uşaq orqanizminə faydalıdır. Məhz bu təbii məhsul ağıl zəifliyin qarşısını alır, boy artımına yaxşı təsir göstərir və sümük toxuması xəstəliklərinin profilaktikası üçün gözəl vasitə sayılır.
Qeyd etmək lazımdır ki, yumurtanın deyil, onun qabığının faydalı keyfiyyətləri əvvəllər də məlum idi. Hesab edilir ki, onun tozu sümüklərin möhkəmlədir və dayaq-hərəkət aparatı xəstəliklərinin qarşısını alır. O ki qaldı məhsulun özünə, onun üzərində əvvəllər tədqiqatlar aparılmayıb.
Alimlər nəzəri iddialarını təsdiq etmək üçün elmi təcrübə keçiriblər. Onu da demək lazımdır ki, praktiki tədqiqatlar yalnız 6-9 aylıq körpələr üzərində aparılıb. Bütün iştirakçılar iki qrupa bölünüb – qrupun birinin gündəlik rasionuna bir ədəd qaynanmış toyuq yumurtası daxil edilib, digər qrup isə yumurta ilə qidalanmayıb.
Beləliklə, müəyyənləşib ki, bu məhsulu gündəlik qəbul edən uşaqların boy artımındakı intensivlik 1.5 dəfə çoxdur. Digər qrupda isə dəyişiklik müşayiət olunmayıb.
Bununla da amerikalı alimlər bir daha sübut ediblər ki, toyuq yumurtası uşaq orqanizmi üçün əla “tikinti materialı”dır. Lakin bu, o demək deyil ki, yumurtanı məhdudiyyətsiz qəbul etmək olar. Əksinə, bu məhsul o zaman faydalıdır ki, uşağın qidalanması bütünlükdə balanslaşdırılmış olsun.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1