Language:
English
Aytən Babaxanova: “Şəkərli diabet xəstələri ildə ən azı dörd dəfə həkim qəbulunda olmalıdırlar”
09 January 2018 23011Endokrinoloq PhD Aytən Babaxanova HekimTapa endokrin problemlərdən danışıb:
– Bu sual uzun illərdir ki, alimləri düşündürür, əgər səbəb bəlli olsa idi xəstələrin sayı da artmazdı. Təqribən 30 il bundan əvvəl proqnoz edilmişdir ki, təxminən 200 ildən sonra şəkərli diabet xəstələrinin səviyyəsi yavaş-yavaş artacaq. 2017-ci il üçün verilmiş son statistikaya görə dünya üzrə şəkərli diabet xəstələrinin sayı 460 milyon, yəni az qala yarım milyarddır. Azərbaycanda şəkərli diabet xəstələrinin sayı statistik məlumata görə, 260 mindir. Dispanser qeydiyyatında olmayanları da saysaq, yəqin ki, 300 mindən də yuxarı rəqəm alınar. Ölkəmizdə diabetdən əziyyət çəkən uşaqların sayı isə 1200-1400 arasıdır.
Artma səbəbinə gəlincə, bir daha deyirəm, bunu bütün dünya düşünür.
Baba-nənələrimizin yaşadığı dövrə nəzər salaq, təmiz hava, sağlam qida, çoxlu hərəkət, fast fuddan uzaq olmaq... Müasir insanın həyat tərzi, qidalanması dəyişib və bu, şəkərli diabetin yaranma səbəblərindən başlıcasıdır. Burada genetik faktor da birmənalı olaraq rol oynayır.
– Misal var deyirlər bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Şəkər xəstəliyi də belədir - özünə ciddi diqqət tələb edir. Əgər şəkərli diabet vaxtında aşkar edilibsə, xəstə özünə baxıbsa, amputasiyaya da şərait yaranmaz.
– Standart müayinələr və prosedurlar var. Şəkərli diabet xəstəsi ildə ən azı dörd dəfə həkimin qəbulunda olmalı, check up-lardan keçməlidir.
Ümumdünya Amerika Diabet Federasiyası var, diabetlə məşğul olan və beynəlxalq nüfuza malik bir qurumdur. Onlardan bir sitat gətirim – “Bizim məqsədimiz şəkərli diabet xəstəliklərinin qarşısını almaq, pasiyentlərin ömrünü uzatmaq və ağırlaşmalardan qorumaqdır.” Bu gün biz də Azərbaycanda sitat gətirdiklərimi həyata keçirməyə çalışırıq.
– Düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik. Düzdür, bəzi insanlar həkimə “yıxılanda” gəlirlər. Ancaq bunu hamıya şamil etmək olmaz. Kompüter, internet əsrində yaşayırıq və insanlar sürətlə maariflənirlər. On il əvvəlki dövrlə bu günü müqayisə etsək, yerlə göy qədər fərq var. İnsanları daha çox məlumatlıdırlar.
– Elədir, yod çaışmazlığı qalxanabənzər vəz problemlərinə səbəb ola bilər. Su hövzələrində yod çatışmayan bölgələrin sakinlərinə tövsiyyə edərdim ki, qida rasionuna fikir versinlər – tərkibində yod çox olan məhsullar – yodlaşdırılmışmış duz, feyxoa, xurma, badımcan, balıq əti qəbul etsinlər.
Digər tərəfdən yod məsələsinə həssas yanaşıram. Qalxanabənzər vəzin elə xəstəliyi var ki, məsələn, Haşimoto xəstəliyi, bu zaman yod verilməsi əksgöstərişdir.
– Hər bir cinsin özünəməxsus hormonal spektri var. Qadınlarda estragen, kişilərdə isə testosteron ifraz olunur. Qadınlarda zoba daha çox rast gəlinməsini hormonal faktorla da izah etmək olar. Düzdür, bu hələ ki, dəqiq sübutunu tapmayıb, amma ehtimal ki, bu, hormonal spektorun fəaliyyəti ilə bağlıdır.
– Ümumiyyətlə, qazlı, şirin, energetik və ya qeyri-energetik bir sözlə təbii olmayan nə içkilər varsa, qəbulu məhdudlaşdırılmalıdır. Düzdür, energetiklərin içərisində müəyyən tərkiblər var ki, qısa müddətlik yaxşı əhval-ruhiyyə illüziyası yaradır. Şahidi olduğum bir hadisəni danışım, klinikaya bir pasiyent gətirmişdilər, dostu ilə kimin daha çox energetik içəcəyi ilə bağla mərcə giriblərmiş. Dostlardan birinin əhvalı pisləşib və onu klinikaya gətiriblər. Ondan artıq energetik içki içmişdi – həyatını xilas etmək mümkün olmadı. 17 yaşı var idi... Özünüz fikirləşin, bir şey ki insanın həyatına son qoyur, onu qəbul etməyə dəyərmi?
– Əgər nə vaxtsa, kim isə bu xəstəliyə son qoya bilərsə, sözsüz ki, onun adı dünya səhiyyə tarixinə qızıl hərflərlə yazılacaq. Düzdür, alternativlər var, müxtəlif yeni müalicə metodları mövcuddur. Məsələn, birinci tip şəkər üçün süni mədəaltı vəzin hazırlanması üzərində çalışırlar, bu sistemin mahiyyəti ondan ibarətdir ki, orqanizmə mədəaltı vəzin funksiyaların yerinə yetirən süni hüceyrə daxil edilir. Onun sayəsində insulin ifrazı tənzimlənir. Lakin bu metodlar hamısı hələ ki, tədqiqatlar, araşdırmalar səviyyəsində qalır.
Həkimlə əlaqə üçün "daxil olun" !
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1