Language:
English
Diabetik xəstələr ayaqlarına necə qulluq etməlidir?
13 August 2018 8071Diabetik bir xəstənin ayağında infeksiya yarandığında ya da hansısa yara açıldğında bunun bağlanmağını gözləmədən həkim müayinəsinə getmək lazımdır.
Diabetik xəstələrin immuniteti zəif olur. Bu səbəbdən infeksiyanın yaranmasına daha çox şərait yaranır.
Düzgün olmayan qan şəkəri də bu mübarizədə hüceyrələrin funksiyalarını yerinə yetirməsinə mane olur.
Yaralar, diabetik xəstələrdə daha çox problem halına gəlir. Belə xəstələrin yarısında damar tıxanıqlığı olduğu üçün, antibiotiklərin daha təsirli ola bilməsi üçün damar yolu vasitəsilə verilir. Belə xəstələrdə kiçik yaralar tez zamanda böyüyür.
Ayaq dərisində quruluqlar dərinləşərək dəridə çatlar yarada bilər. Bu da göbələk, infeksiya üçün şərait yaradır.
Yara olmasa belə xəstələrdə ayaq formasında dəyişikliklər baş verə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1