Language:
English
Dəri problemlərini sağaldır, stressdən qoruyur
14 April 2018 7121Qırmızı turp əksər süfrələrin bəzəyidir.
Xüsusilə salatlar içərisində yeyilən qırmızı turpun sağlamlığa faydaları əvəzsizdir.
Kalsium ilə zəngin olan turp dəri problemlərində faydalıdır. Tərkibində C vitamini, fosfor, sinko, B vitamini sayəsində dəri sağlamlığını qoruyur. İçərisində olan bol su dərini nəm saxlamağa kömək edir.
Turp rəndədən keçirilərək maska kimi istifadə edilə bilər.
Qızdırmanı aşağı salır və bu səbəbdən yarana biləcək iltihabın qarşısını alır. Vücudu infeksiyalara qarşı qoruyur. Bu səbəbdən bəzi xəstəliklərin yaxşılaşma müddətini sürətləndirir.
Turpun tox tutmaq kimi təsiri mövcuddur. Mədəni bu hisslə təmin edir.
Xüsusilə üst tənəffüs yollarında yaranan tıxanıqlığın qarşısını alaraq infeksion və allerjik xəstəliklərə qarşı qoruyur. Zəngin vitamin ilə tənəffüs sistemini infeksiyalara qarşı qoruyur.
Həmçinin:
İştah açıcıdır.
Stress və əsəbə faydalıdır.
Vücuda enerji verir.
Bəlğəm gətiricidir.
Qan şəkərini tənzimləyir.
Öskürək üçün faydalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1