Language:
English
Ambliopiya xəstəliyi nədir?
18 May 2020 8062Göz tənbəlliyi kimi bilinən sindrom, hər iki gözdə görmə qabiliyyətin normal hədlərdən daha aşağı düşməsi ilə müşayiət edilən göz xəstəliyidir. Bir gözün olduğu mövqedən yayınması və ya yanlış duruşuna deyilir. Bəzən bu hal çəpliklə nəticələnir.
Gözlərdən birinin görmə prosesində iştirak etməməsi ilə xarakterizə olunur. Oftalmologiyada ambliopiya görmənin birtərəfli zəifləməsinin aparıcı səbəblərindən biri kimi dəyərləndirilir.
Bəs bu hal görmə bacarığınıza necə təsir edir?
Ambliopiya, göz-beyin bağlantısı ilə əlaqəli problemdir. Belə ki beyin bir gözdən gələn məlumatı qəbul etmir. Bu hal bir gözün digər gözə nisbətən dəyişməsidir. Çəplik, ambliopiyanın həm səbəbi həm də nəticəsi ola bilər.
Göz tənbəlliyinin ən çox yayılan əlaməti gözün durduğu yöndən yayınmasıdır. Ciddi görmə problemlərinə səbəb ola bilər. Bu zaman insanın gözləri ayrı-ayrılıqda görür və alınan təsvir obyekt olaraq beyində birləşir.
Əgər müalicə edilməzsə tənbəl gözdə görmə kəskinliyinin itkisi sürətlə baş verər. İki gözlə görmək tamamilə zəifləyər, dərinliyin qavranılması imkansız hala gəlir.
Ambliopiya əsasən uşaqlıq dövrünün xəstəliyidir, buna görə də problemin vacib həlli, onun erkən aşkarlanması və korreksiyasıdır.
Bəs ambliopiyanın yaranma səbəbi nədir?
Göz-beyin bağlantısının zəif və ya az inkişaf etməsi səbəbiylə ortaya çıxar.
Digər yayılmış səbəbi isə astiqmatizmdir. Həmçinin katarakta, inkişaf anormallıqları, şiş, buynuz qişanın bulanıqlığı və s. bu xəstəliyə yol açır.
Ambliopiya valideyn tərəfindən müayinə edilə, aşkarlana bilməz. Bunu, gözün ətraflı müayinəsi nəticəsində həkim müəyyən edə bilir.
Ambliopiyanın erkən mərhələlərdə müayinəsi onun müalicəsini kifayət qədər asanlaşdırır. Bu patologiyanın müalicəsi 13-14 yaşa qədərdir və xəstəlik qeyd olunan dövrə qədər aşkar olunub müalicə edilməzsə, daha sonra ambliopiyanı korreksiya etmək çox çətindir. Həkim lazım bilsə, bir cüt eynək yazır. Tənbəl gözü işləməyə məcbur etmək üçün, sağlam gözü müəyyən bir müddətə bağlayırlar. Ambliopiyanın müalicəsində cərrahi üsullardan istifadə edilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1