Language:
English
Səsin tutulması hansı xəstəliyin əlamətidir
23 February 2018 28048Səsin yanlış istifadəsi nəticəsində səs tellərində polip, kistin yaranmaq ehtimalı yüksəkdir.
Bu barədə türkiyəli mütəxəssis Aslı Şahin Yılmaz məlumat verib.
Ümraniyə Səhiyyə Araşdırma mərkəzinin mütəxəssisi Şahin Yılmaz, səs tutulmasının qırtlaqla bağlı xəstəliklər nəticəsində meydana çıxa biləcəyini qeyd edib:
“Problemin əsas səbəbi akut laringitdir. Akut laringit, səs tellərində, üst tənəffüs yolu infeksiyaları və ya səsin yanlış istifadəsi səbəbi ilə yaranan problemdir.
Xronik olaraq səsdən səhv istifadə zamanı səs tellərində polip, kist yarana bilər. Xüsusilə də səs sənətçiləri və müəllimlərdə çox görülən səs teli nodülləri, bədxassəli olmasa da insan sağlığında ciddi geriləməyə səbəb olur.
Səs qısılmasının çox müşahidə edilən başqa bir səbəbi də anidən çox yüksək səslə qışqırmaq nəticəsində səs tellərində qanamanın olmasıdır.
Reflüks də səs tutulmalarına səbəb olur. Reflüks, mədə asidinin mədədən qida borusuna keçməsidir. Bu vəziyyətdə xüsusilə də səhər saatlarında boğazda yumru, yanma və ya nəinsə qaldığı kimi hissiyyat yaranır. Bunlar ən çox rastlanılan əlamətlərdir.
Həmçinin səs tutulmaları bəzi nevroloji xəstəliklərin nəticəsində tək və ya hər iki səs telinin iflic olması zamanı da meydana çıxa bilər.
Digər səs tutulmasını yaradan xəstəliklər sırasında tiroid, əməliyyat zamanı səs tellərinə vurulan zərər, qırtlağa vurulan zərbə, travma, udqum xərçəngi durur.
Səs tutulmaları iki həftədən uzun çəkərsə, qrip xəstəliyi də yoxdursa, öskürək zamanı qan gələrsə, boyunda şişlik və ya udma çətinliyi, danışma əsnasında ağrı, nəfəs darlığı yaranarsa dərhal qulaq-burun-boğaz həkiminə müraciət edilməlidir. Səs telləri detallı yoxlanılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1