Language:
English
Bir qrup amerikalı alim yeni açılış ediblər. Onların fikrincə, balın tərkibindəki təbii komponentlər damarları çox yaxşı təmizləyir və ateroslkeroz inkişafının qarşısını almağa kömək edir.
Daha dəqiq desək, söhbət treqaloza adlanan maddədən, yəni təbii şəkərdən gedir. Bu komponent TFEB zülalını aktivləşdirir. Bu zülal qan damarları divarlarına çökən piylərin təmizlənməsi prosesini aktivləşdirir. Nəzəri ehtimalları təsdiqləmək məqsədilə alimlər laborator siçanlar üzərində praktik təcrübə aparmaq qərarına gəliblər.
Artıq çəkisi olan gəmiricilər iki qrupa bölünüblər. Bir qrup siçan adət etdiyi rasionla qidalanıb, digərinin qidasına isə təbii şəkər əlavə olunub. Tədqiqat başa çatdıqdan sonra məlum olub ki, treqaloza qəbul edən qrupdakı siçanların damarlarında piy ayrılması 30% az olub.
Beləliklə, alimlər qərara gəliblər ki, təbii balın müəyyən miqdarda qəbulu təkcə ateroslerozun deyill, digər ürək-damar xəstəlikləri əleyhinə də effektiv vasitədir.
Sözügedən maddənin effektivliliyi yalnız inyeksiyalar vasitəsilə sübuta yetirilib. O ki qaldı oral qəbula, burada müsbət nəticə özünü elə də qabarıq biruzə vermir.
Baldan başqa, treqaloza göbələk və krivetlərin də tərkibində var, ona görə də
ürək-damar xəstəliklərinin profilaktikası üçün bu məhsulları rasiona daxil etmək məqsədəuyğudur.
Statistikaya görə, ölüm halları ən çox ürək-damar xəstəlikləri üzündən baş verir.
Ona görə də profilaktika məqsədilə təkcə düzgün qidalanma və sağlam həyat tərzinə riayət etmək deyil, həmçinin, mütləq vaxtaşırı mütəxəssis müayinəsindən də keçmək lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1