Language:
English
Tualet kağızı ziyandır?!
15 December 2017 33039Həkimlər tualet kağızından istifadə etməməyi və onun yerinə nəm salfetlərdən yararlanmağı tövsiyə edirlər. Əks halda, sağlamlığınızda problemlər yarana bilər.
Ekspertlər xəbərdarlıq edirlər ki, tualet kağızından istifadə etməklə tam təmizliyə nail olmaq olmur və nəticədə insan səhhətində müəyyən problemlər yarana bilir.
Yaponiya, İtaliya və Yunanıstanda təmizlik üçün sudan istifadə olunsa da, Böyük Britaniya, ABŞ və Avstraliya və bir çox başqa ölkələrdə insanlar adətən təmizliklərini tualet kağızına etibar edirlər.
Lakin həkimlər xəbərdarlıq edirlər ki, tualet kağızından istifadə ilə tam təmizlik əldə edilmir, həddindən artıq istifadə isə anal fissure (bağırsaqda çat) və sidik kisəsinin infeksiyaları kimi problemlər yaradır.
"Milyonlarla insan özünü təmiz hesab etdiyi halda, əslində natəmiz şəkildə gəzmələrinə olduqca təəccüb edirəm"- deyə tanınmış yazıçı Roz Corc müsahibələrinin birində deyib.
“Tualet kağızı nəcisi silir, lakin onu təmizləmir”.
Bu fikir qəribə səslənsə də, Vil Smit (Will Smith) də nəm salfetlərdən istifadəni əla vasitə kimi təsvir edir. Qeyd edək ki, bir çox başqa ulduzlar da Vil Smitlə həmfikirdirlər.
Repçi və müğənni Will.i.am “Elle” jurnalına müsahibəsində deyib: “İnsanlar niyə nəm salfetdən istifadə etməlidirlər? Bu fikrin vacibliyinə dair bir sınaq var. Bir az şokolad götürün, taxta döşəməni şokolada bulaşdırın və onu quru dəsmalla təmizləməyə çalışın. Siz şokoladı çatlara daxil etmiş olacaqsınız”.
Lakin təmizlik insanların tualet kağızı əvəzinə alternativ vasitələrdən istifadə etmələri üçün tək səbəb deyil.
Tualet kağızı intensiv şəkildə silinmə sağalması 8-12 həftəyə qədər çəkən ağrılı bağırsaq çatına və hətta babasilə səbəb ola bilər.
Tualet kağızından istifadənin digər zərərli təsiri isə sidik yolu infeksiyasına yoluxdurmaq xassəsidir.
İnsanlar arxadan önə silindikləri zaman bakteriyanı anal hissədən bədənin ön hissəsinə doğru çəkmiş olurlar.
Beləliklə, su ilə yuyunma və ya nəm salfet kimi alternativlərdən istifadə etdikdə bu bakteriyalar məhv olur və ya yuyulub təmizlənir ki, bu da infeksiyaya yoluxmanın qarşısını alır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1