Language:
English
Uçuq virusundakı böyük təhlükə!
06 November 2018 15822Uçuq əksəriyyətimizin müəyyən vaxtlarda rastlaşdığı bir xəstəlikdir. Ancaq xəstəlik kimi üzərinə çox düşmürük və müəyyən zaman ərzində keçib gedir. Ancaq aparılmış tədqiqatlar göstərir ki, bu o qədər də məsum bir xəstəlik deyil. Uçuq əmələ gətirən bakteriyaların beyinə zərər vurduğu məlum olub.
Uçuq olaraq bilinən herpes virusunun Alzheimer xəstəliyinə yol açdığına dair məlumatlar aşkarlanıb. Dünyada 30 milyondan çox Alzheimer xəstəsi var və bu xəstəliyin müalicəsi yoxdur. Ancaq xəstəliyin uçuqla əlaqəsinin olduğnun aşkarlanması anti-viruslar vasitəsilə Alzheimerin müalicə olunma ehtimalını ortaya çıxardır. Hətta uşaqların belə bu xəstəliyə qarşı peyvənd olunması mümkün ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1