Language:
English
Ürək-damar sağlamlığını necə qorumalı?
30 March 2018 13182Son zamanlar ölüm hadisələrinin əksəriyyəti məhz ürək tutmaları ilə əlaqəlidir.
Ürək və damar xəstəlikləri ilə əlaqəli ölümlərin sayı artıb.
2030-ci ilsə ölənlərin sayının 22 milyona çatacağı zənn edilir.
Türkiyəli kardioloq Ayşegül Karahan Zor ürək və damar xəstəliklərinin əsas risk faktorlarından danışıb.
Onun sözlərinə görə, yüksək təzyiq, siqaretdən, spirtli içkilərdən istifadə, xolestrol bu növ xəstəliklərə yol açan səbəblərdəndir.
Aparılan araşdırmalara görə, ölümlərin 17 milyonu məhz ürək səbəbindən baş verir. Belə ki, tıxanan damarlar ürəyin ölməsinə yol açır.
Mütəxəssis ürək və damarı qorumağın üsullarından da bəhs edib:
– Düzgün qidalanma: Meyvə və tərəvəz çox, qırmızı ət az yeyilməlidir.
– Süd və süd məhsulları az yağlı olaraq qəbul edilməlidir.
– Həftədə 2 porsiyon balıq yeyilməlidir.
– Siqaretdən nə qədər tez imtina olunarsa o qədər həyatınızı uzatmış olarsınız.
– Həftəfə ən az 2,5 saat orta tempdə qaçmalı və ya 1,5 saat qədər sürətli gəzinti olmalıdır.
– Şəkər xəstəliyi olan insanların qan şəkərinin miqdarı nəzarətdə saxlanılmalıdır. Bu onların həyatı üçün vacib nüansdır. Yüksək şəkər damar sisteminin ən böyük düşmənidir. Bu səbəbdən belə xəstələr mütəmadi olaraq həkim nəzarətində olmalı və müayinəyə getməlidirlər.
– Dərmanlar mütəmadi olaraq içilməli və qidalanmağa çox diqqətlə yanaşılmalıdır.
– Təzyiq xəstələri isə özlərini yüksək göstəricidən qorumaldırlar. Belə xəstələr isə daima təzyiqlərini nəzarətdə saxlayaraq yüksəlməsinə icazə verməməlidirlər.
– Mütəmadi idman hərəkətləri ilə məşğul olunmalıdır. Meyvə və tərəvəz çox yeyilməli həmçinin təzyiqi nəzarətdə saxlayan dərman qəbul edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1