Language:
English
Üçlü sinir ağrıları nədir?
Author: Nevroloq Ellada Qurbanova 25 May 2020 17809Üçlü sinir nevralgiyası kranial sinirlərdən 5-ci olan üçlü sinirin xəstəliyidir. Üçlü sinir agrıları üzün bir tərəfində olan dəhşətli, dözülməz ağrılardan ibarətdir. Bu ağrıları pasiyentlər alt və ya üst dişləri nahiyəsində hiss edirlər, bəzən isə buna görə xəstələr saglam dişlərini belə çıxartdırırlar. Buna baxmayaraq xəstələrin ağrıları qalmaqda davam edir. Bu tipli xəstələr yemək yeyərkən, su içərkən, diş fırçalayarkən ağrıların şiddətlənməsindən əziyyət çəkirlər.
Müalicəsində bir neçə metoddan istifadə olunur: Dərman, fizioterapevtik, cərrahi müalicə.
Statiskaya görə, daha çox 50 yaşından yuxarı qadınlar xəstəliyə məruz qalırlar. Gənclərin xəstələnmə ehtimalı azdır.
Xəstəliyin əsas səbəbi üçlü sinirin herpes zoster virusu tərəfindən zədələnməsidir. Herpes zoster çox yayılmış virusdur.
İmmun sisteminin zəifləməsi xəstəliyin inkişafına təsir göstərir. Bu isə soyuqdəymə və infeksion xəstəliklər, xroniki streslər, ağır fiziki yükləmələr və s. nəticəsində olur.
Hormonal dəyişikliklər (qadınlarda hamiləlik, klimaks) də xəstəliyin inkişafına təkan verə bilər.
Damar patologiyaları, damar divarlarının iltihabları, hipertoniya xəstəliyi, üz və kəllə damarlarının ateroskleroz xəstəliyi zamanı da üçlü sinirin nevralgiyasının inkişafı mümkündür.
Xəstəlik çox çətin müalicə olunur və uzunmüddətlidir. Müalicə zamanı xüsusi antinevrotik preparatlar, hormonlar, herpes əleyhinə prepartlar, vitaminlər (xüsusilə B qrupu, C vitaminləri) istifadə olunur. Həmçinin xəstəyə fizioterapevtik müalicə də təyin olunur - ultrasəs, fonoforez, iynəbatırma, lazerlə müalicə və s.
Vitamin preparatları xəstəliyin zəifləməsində rol oyanaya bilir.
Belə ki, B qrupu vitaminlərinin ( Neuromultivit , Neurovitamin , Trivitron, Milqamma və digər komplekslər )antidepressiv təsiri var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1