Language:
English
Televiziyanın uşaqlara təsiri
23 May 2018 6952Televiziya təxminən 75 il öncə həyatımıza girməsinə baxmayaraq sürətlə inkişaf edərək həyatımızın mərkəzinə oturub.
Artıq o həddə çatıb ki, yeni doğulan uşaqların belə diqqətini çəkə bilir.
Aparılan araşdırmalara görə, uşaqlar gün ərzində 4 saata qədər televiziya ilə məşğul olurlar. Bu isə uşaqlar üzərində zərərli effekt yaradır. Uşaqların burada gördüyü rəngli ekranlar, görüntülər hər kəsin marağını tez cəlb edir. İnkişafda olan uşaqlar isə gördüyü verilişlər, cizgi filmləri ilə bağlı rəylər də deyə bilirlər.
Televiziya qarşısında həddindən çox vaxt keçirən uşaqlarda piylənmə riski artır. Çünki belə uşaqların qidalanma vərdişləri pozulur. Baxmayaraq ki uşaqlar top oynamağın əvəzinə telefonu, televiziyanı seçirlər, yenə də mütəxəssislər bunun yanlış addım olduğunu qeyd edirlər.
Televiziyaya çox baxan uşaqlarda qayğı, qorxu kimi psixoloji davranış dəyişiklikləri müşahidə edilir. Həmçinin yuxu problemi, inkişaf geriliyi yaranır.
– 0-2 yaş arası uşaqlar internet və televiziyadan uzaq durmalıdırlar.
– 3-5 yaş arası uşaqlar isə gündə 1 saat ərzində baxa bilərlər.
– 6-18 yaş arası uşaqlar üçün isə 2 saat məhdudiyyəti var.
– İnternet və televiziyanın zərərləri barədə uşaqlar məlumatlandırılmalıdır.
– Ailə uşaqla vaxt keçirtməlidirlər. Bu zaman uşağın ailəyə, oyunlara daha çox həvəsi artar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1