Dil:
Azərbaycanca
Boyun yırtığı nədir? – Əsas əlamətləri
29 Mart 2018 13105Boyun ağrıları müxtəlif növ xəstəliklərin xəbərçisi ola bilər ki, bunlardan biri də boyun yırtığıdır. Barmaq ucunuzdan başınıza qədər davam edən ağrınız varsa boyun yırtığınız ola bilər. Erkən diaqnoz və müalicə ilə isə nəzarət altına alına bilər.
Ən çox verilən suallardan biri isə boyun yırtığının baş ağrısına səbəb olub - olmaması barədədir.
Boyun yırtığı, boyun onurğalarının arasındakı qığırdağın onurğa iliyi kanalına doğru yer dəyişdirməsi nəticəsində yaranan xəstəlikdir. Onurğa iliyinə və qola uzanan sinirlərə təzyiq edər.
Onurğanın boyun qismi, boyun onurğası olaraq adlandırılan yeddi sümükdən ibarətdir.
Boyun yırtığında diaqnozun qoyula bilməsi üçün nevroloji müayinə gərəklidir.
Əllərinizi gücsüz hiss edirsinizsə, boynunuz və ətrafı ağrıyırsa boyun yırtığı əlaməti ilə qarşılaşmış ola bilərsiniz.
– Boyun hərəkətləri zamanı məhdudiyyət
– Qollar və əllərdə uyuşma hissi
– Baş dönməsi, qulaq cingiltisi
– Bulantı
– Diqqət əksikliyi
– Əzələ ağrısı
Yadda saxlamaq lazımdır ki, hər boyun ağrısı da boyun yırtığının əlaməti deyil. Əgər sizdə boyun ağrıları varsa və bundan qurtulmaq istəyirsinizsə. Nevroloq Sevinc Həmidovaya müraciət edə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1