Dil:
Azərbaycanca
Polipin müalicəsi
06 İyun 2020 23495Polip nədir?
Poliplər, insan vücudunun müxtəlif nahiyələrində yaranan və adətən kiçik ölçüdə olan şişliklərdir. Bəziləri mm-lik quruluşlara sahibdir. Əksər zaman xoşxassəli olurlar. Çox zaman dərhal hiss edilməz və ümumi müayinə zamanı görünür. Vücudda poliplərin ən çox müşahidə edildiyi nahiyə səs telləri, bağırsaqlar, qadınlıq, öd kisəsidir.
Bağırsaq, səs telləri və öd kisəsi kimi yerlərdə yaranan poliplər böyüdükcə bir sıra əlamətlərlə özünü biruzə verir. Bəzi poliplər öz –özlərinə yaxşılaşdığı üçün nəzarət altına alına bilər. Az qismində isə xərçəng xəstəliyi görünə bilər. Bu növ poliplər əməliyyat vasitəsilə çıxarılır.
Polipin əlamətləri nədir?
Səbəbi tam olaraq bilinmir. Kiçik ölçülü poliplər problemlərə yol açmaz. Gündəlik yaşayışa isə mənfi təsir göstərə bilər. Verəcəyi narahatçılıqlar polipin növünə, ölçüsünə görə dəyişir.
Uşaqlıqda yaranan poliplərdə aşağıdakı əlamətlər müşahidə edilir:
Qanaxmalar
Cinsi münasibət zamanı ağrı
Menstruasiya qanaxmasının normadan çox olması
Hamilə qala bilməmək, sonsuzluq.
Polipin yerləşmə nahiyəsinə görə əlamətləri fərqli olur. Məsələn öd kisəsində yaranan polipdə qarın ağrısı, sarılıq, qusma, bulantı kimi dəyişikliklər baş verir.
Bağırsaqdakı poliplərdə, ishal, qanın çıxması halları görülə bilər.
Poliplərin yaranma səbəbi tam dəqiq bilinməsə də müəyyən ehtimallar mövcuddur. Səs tellərində yaranan poliplərin spirt, siqaret, və digər tütün məhsullarının istifadəsi nəticəsində yarana biləcəyi ehtimal edilir.
Stress, irəli yaş, yanlış qidalanmaq, artıq çəki bağırsaqdakı polip riskini artırır.
Burada genetik faktor da rol oynayır.
Polipin bir çox növləri mövcuddur.
Yerləşdikləri nahiyəyə görə adlandırılır. Ən çox yayılan növləri isə bunlardır:
Endometrial polip – Uşaqlıq adlandırılan hissədə yaranan polip adətən klimaksdan sonrakı zamanda əmələ gəlir. Qanaxma ilə özünü biruzə verir.
Öd kisəsi polipləri – Adətən öd daşları kimi xəstəliklərlə qarışdırılır. Ölçüsünün böyük olması və öd tıxanıqlığına yol açdığı zamanı öd kisəsi əməliyyatla götürülməli olur.
Səs telləri polipləri – Səsdə tutulma və digər problemlər olan zaman ilk olaraq polipdən şübhə duyulur. Dərmanlar və cərrahi üsullarla müalicə edilə bilər.
Bağırsaq polipləri – Xüsusilə qalın bağırsaqdakı polipin yaranması, ishal, tualet ehtiyacında görülən dəyişikliklərlə özünü biruzə verir. Bu problemlər adətən cərrahi müdaxilərlə həll edilir.
Polip diaqnozu necə qoyulur?
Bütün poliplər əlamətlərlə üzə çıxmaz. Bəziləri heç bir əlamət olmadan meydana çıxır. Adətən ümumi müayinə əsasında ortaya çıxır.
Müalicə yolları nədir?
Müalicəsi polipin növünə, tipinə, sayına və ölçüsünə, xoş və ya bədxassəli olduğuna görə təyin olunur. Bir sıra poliplərə, əgər xərçəng yaratma riski yoxdursa cərrahi müdaxilə edilmir.
Ehtimal az da olsa varsa cərrahi üsulla götürülür. Bu zaman isə xəstəxanada qalınmaz. 20-30 dəqiqəlik prosedurdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1