Dil:
Azərbaycanca
Faringit yoxsa mədə reflyuksu?
24 Avqust 2020 18192Faringit udlağın kəskin iltihabıdır. Kəskin faringit əsasən üst tənəffüs yolu infeksiyasından sonra müşahidə olunur. Əksər zaman isə faringit mədə relyuksu ilə qarışdırılır. Buna səbəb isə əlamətlərin oxşar olmasıdır.
Mədə turşusunun yuxarı çıxması nəticəsində “boğaz reflyuks”u yaranır. Bu problem boğazda yanma, ağrı hissi, boğazda quruluq, udqunmanın çətinləşməsi hissi, bəzən səsdə xırıltı, quru öskürək, ağızda xoşagəlməz tamın olması şikayətləri ilə özünü biruzə verir. Məhz bu əlamətlərə görə, bu xəstəlik faringitlə qarışdırılır.
Hər 20 nəfərdən birində bu problem üzə çıxır. Boğaz reflyuksu olaraq bilinən problem, mədə reflyuksunun daha da irəliləməsi kimi qələmə verilə bilər.
Turşu mədədən geri qaçdığı zaman, qida borusuna doğru yüksəldiyində mədə reflyuksu, daha yuxarı qaçarsa isə boğaz reflyuksu meydana çıxır.
Əslində isə mədə ilə boğaz reflyuksunun arasında əsas fərq var: Sinədə yanma. Mədə reflyuks xəstəliyində yanma əsas əlamət kimi özünü göstərir. Boğazda isə bu əlamət görülməyə bilər.
Boğaz reflyuks xəstəliyinin əsas əlamətləri:
Boğazda qıcıqlanma
Yanma
Yad cism hissiyyatı. Bununla əlaqədar olaraq təmizləmə ehtiyacı duymaq
Öskürək
Səsin tutulması
Reflyuksdan qorunmaq üçün bunları edin:
Spirtli içkilər və siqaretdən uzaqlaşın
Qidalanmağınıza diqqət edin.
Meyvə və tərəvəzdən çox istifadə edin
Kola, tomat, ketçup, pomidor, portağal, naringi, limon, sirkə kimi asitli qidalardan çox istifadə etməyin.
Stresdən mümkün qədər uzaq durun
Axşam yeməyindən sonra təmiz hava qəbul edin və gəzintiyə çıxın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1