Dil:
Azərbaycanca
Öd daşı xəstəliyinin əlamətləri
06 İyun 2020 39338Qarın nahiyəsində, qaraciyərin altında mövcud olan öd kisəsi kiçik armud şəklində bir orqandır. Öd kisəsində müxtəlif səbəblərdən daş yarana bilər.
Öd daşının əlamətləri nədir?
Bu xəstəlik müxtəlif şikayətlərlə özünü biruzə verə bilər. Öd daşı xəstəliyi olan insanların əksəriyyətinin bundan məlumatı yoxdur. 100 xəstədən 30-u bunu yüngül ya da şiddətli ağrılar şəklində yaşaya bilər. Adətən yeməkdən bir neçə saat sonra sağ üst tərəfdə, mədənin ortasında ya da sağ kürək sümüyü ətrafında başlayan və narahat edən ağrı olur. Öd kisəsi daşının əlaməti olan bu ağrı 1-2 saat çəkər və qida aşağıya doğru keçdikdən sonra bitər.
Öd kisəsi daşının əlaməti sadəcə kürək ağrısı da ola bilər. Xəstə bu ağrının səbəbini revmatizma, sümük əriməsi və yırtıqdan zənn edə bilər. Ağrılar şiddətli kriz şəklində gələr və keçər.
Müalicəsi isə öd kisəsini çıxarmaqdır.
Öd kisəsi daşının əlamətləri bulantı, qusma, qızdırma, qarın şişməsi və ya qaz şikayətləri ola bilər.
Öd daşının yaranma səbəbləri nədir?
Bunun səbəbi tam olaraq bilinmir. Kiçik daşlar isə birləşərək daha böyük ölçüyə çevrilir və palçıqlaşma olur. Daha sonra isə daşlaşma yaranır.
Daşın yaranma səbəbi bilinməsə də bəzi ehtimallar mövcuddur:
Doğuş ayları
Qadınlarda kişilərə nisbətən daha tez yaranır.
Artıq çəki
40 yaşdan yuxarı insanlar
Qeyd edək ki, öd daşının dərmanla müalicəsi çox nadir hallarda baş verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1