Dil:
Azərbaycanca
Kəskin baş ağrısının səbəbi... Miqren nədir?
20 Fevral 2018 15637Baş ağrıları son zamanlar daha çox artıb. Bunların ən çox yayılan səbəblərindən biri miqrendir. Miqren nevroloji xəstəlikdir. Gənc yaşlarda daha çox görülür və kişilərdən daha çox qadınlarda rast gəlinir. Türkiyənin Memorial xəstəxanasının nevroloqları xəstəlik barədə məlumat verib.
Əgər baş ağrınız krizlər halında ortaya çıxırsa, bu ağrı miqren ağrısı ola bilər. Miqren ağrılar kimlərdəsə ildə 1-2 dəfə, kimdələrsə ay ərzində dəfələrlə müşahidə edilir. Fərqli cəhəti budur ki, ağrılarla birlikdə bulantı, səs və işığa həssaslıq da yaranır.
Miqrenin əsas səbəblərindən biri genetik faktordur. Əgər ailənin birində miqren varsa, miqren olmağınızın riski 40 faiz təşkil edir. Həm ana həm də atada miqren varsa, o zaman uşaqda 75 varsa bu xəstəlik özünü biruzə verəcək. Dİgər sbəblərindən biri isə hormonal dəyişiklikdir. Adətən ağrılar tək tərəfli və şiddətli şəkildə yaranır.
Ən böyük əlaməti baş ağrısıdır. Bu şiddətli şəkildə yaranır. Bəzən şiddətin gücündən xəstə hərəkətsiz vəziyyətə gələ bilər. Digər əlamətlərdən biri isə tək tərəfli ağrıların olmasıdır. Adətən göz, gözün arxasında, boyunda ağrılar yaranır. Miqren özü ilə birlikdə bəzən depressiya da yaradır. Çox yatmaq istəyi, əsnəmək, qəbizlik, ishal, iştah artışı, bulantı, çox su içmə digər əlamətlər sırasındadır.
Belə ağrılar orqanizmdən asılı olaraq dəyişə bilər. Yəni bir insanda az digərində çox baş verə bilər. Qidalar da bu ağrıları artıra bilir. Şokolad, pendir, kifayət qədər su içməmək miqren ağrılarını şiddətləndirir. Az və ya çox yatmaq, ac qalmaq, stress də belə ağrıları artıra və ya şiddətləndirə bilər.
Belə xəstələr kakao, süd məhsulları, dəniz qidaları, mərcimək, lobya kimi qidalardan istifadə edən zaman daha diqqətli olmalıdırlar.
Miqrenin müalicəsində botoks da mühüm rol oynayır. Əgər miqren botoksu vasitəsilə baş ağrılarınızdan qurtulmaq istəyirsinizsə nevroloq Sevinc Həmidovaya müraciət edə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1