Miqrenin osteopatiya ilə müalicəsi 

Miqrenin osteopatiya ilə müalicəsi 

39469
Müəllif: Osteopat Elfanə Süleymanova ,050 302 82 56

Paylaşıldı: 21.09.2017
Elfanə Süleymanova

Gözəlləşmək üçün deyil, sağalmaq üçün...

Miqren Nədir?

Miqren tutmaşəkilli başağrısıdır. Başağrısı əhali arasında ən çox rast gəlinən xəstəliklərdən biridir. Həkimə müraciət edən hər 3-4 xəstədən birinin şikayəti başağrısıdır. Hardasa hər kəs həyatı boyu ən az bir dəfə başağrısı ilə rastlaşıb. Bu səbəbdən başağrısı hərkəsi maraqlandıran bir problemdir.

Başağrılarının 200-dən çox növü bilinməkdədir. Başağrıları birincili (primer) və ikincili (sekonder) olmaqla iki böyük qrupa ayrılır. Birincili başağrılarından ən çox miqren, gərginlik tipli başağrısı və klaster  başağrıları daha çox rast gəlinir və əhali arasında tanınır.

Ən çox həyat keyfiyyətimizi aşağı salan başağrısı miqrendir. Miqren orta və ağır dərəcəli, birtərəfli, pulsasiyaedici başağrıları olub fiziki aktivliklə pisləşir və ürəkbulanma, qusma, fotofobiya və fonofobiya kimi vegetativ simptomlarla müşayiət olunur. Ağrı tutması adətən 4-72saat davam edir və diaqnozun qoyulması üçün heç olmasa 5 atak təkrar olmalıdır. Təxminən, kişilərin  6-8%-i, qadınların isə 12-14%-i miqrendən əziyyət çəkirlər. Uşaqlarda miqren tutmaları qısa ola bilir (1-2saat)  və qarın ağrıları kimi simptomlarla müşayiət edilə bilir. Əksər insanlar aurasız miqrendən əziyyət çəkirlər.

Miqrenin müalicəsi varmı?

Bildiyimiz kimi miqren insanların həyat keyfiyyətini və gündəlik fəaliyyətini önəmli şəkildə əngəlləyə bilən bir xəstəlikdir. Miqren başağrılarına görə işə gedə bilməyən, universiteti donduran xəstələr gözardı edilə bilməz. İllərdən bəri miqren xəstələri ağrı həmləsi əsnasında və ya ağrının yaranmasının qarşısını almağa yönələn müxtəlif dərmanlar istifadə edirlər. Lakin son illərdə miqrenin müalicəsində osteopatiyanın tətbiqi miqren xəstələrinə ümid olmuşdur.

Miqrendə  osteopatiyanın təsir mexanizmi nədir?

İlk olaraq osteopatiyanın  miqren xəstələrində effektivliyi uzun illərdir uğurla tətbiq olunur.  Bildiyimiz kimi osteopatiyanın təsir sahəsi genişdir. Osteopatiya onurğa problemləri, qamət pozulmaları, artrozlar, kosmetoloji olaraq asimmetriyaların aradan qaldırılması, eyni zmanda boyun fəqərələrində əyriboyunluluq, spastik ifliclər, həddindən artıq tərləmə, sidik qaçırmaları və.s geniş istifadə edilir.Miqrenin patogenezində dayanan ağrı tutmaları doğuş zamanı boyun fəqərələrində yaranan travmaların illər sonra yaratdığı fəsadlardır. Arteriyaraların spazmı beynin sərt qişasının qıcıqlanmasına səbəb olur və bu özünü dözülməz ağrılarla göstərir..

Miqrendə osteopatiya necə tətbiq edilir?

Ostepatiya zamanı boyun fəqərələri travmaları aradan qaldırılır, fəqərələrin və ümumi bədənin biomexanikası bərpa olunur. Pasient həftədə bir dəfə təkrarlanan osteopatiya proseduralarından sonra baş ağrılarından bir dəfəlik azad olur və həyat keyfiyyəti yaxşılaşır. Osteopatiya ilə müalicə tam ağrısız, ziyansız və həmişəlik ən effektiv  müalicədir.

 
Ağrıkəsicilərin qəbulu miqren ağrılarımızı pisləşdirir!

Bir çox ölkələrdə olduğu kimi bizimdə əhali arasında həkim məsləhəti olmadan ağrıkəsicilərin istifadəsi kifayət qədərdir. Lakin bilməliyik ki öncələri ağrımızı kəsməsi üçün qəbul etdiyimiz ağrıkısicilər həftədə 3 dəfədən artıq qəbul etdikdə dözülməz və qarşısıalınmaz ağrılar şəklində bizə geri dönürlər. Ağrı kəsici dərmanlar orqanizmdə ağrı aparıcı yolları pozaraq ağrının xronikiləşməsinə, dərmanın həaddindən çox istifadəsinə bağlı başağrılarına gətirib çıxarır.

Osteopatiya miqrenin müalicəsində tam ağrısız, təhlükəsiz və effektiv müalicə üsuludur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az