Toğrul Məhərrəmov hekimtap.az

Toğrul Məhərrəmov

Ümumi cərrah

14 il iş təcrübəsi

Bakı

Həkim haqqında

1984cü ildə Sumqayıt şəhərində ziyalı ailəsində doğulmuşdur.  2001-ci ildə orta məktəbi bitirib həmin il ATU-nin 1-ci müalicə-profilaktika fakultəsinə daxil olub, 2007-ci ildə fərqlənmə diplomu ilə bitirib. 2007-2008ci illərdə 2 sayli BŞKX-da internatura kursu keçib həkim-cərrah ixtisası almışdır.  2011-ci ildən Azərbaycan Tibb Universitetinin 3-cü cərrahi xəstəliklər kafedrasının müəllimidir.

Təhsil

Çukurova Universitesi, Balcalı hastanesi: ümumi cərrahiyyə (laparoskopiya) kursu. Adana şəhəri, Türkiyə. 2018
Боткинская Больница: laparoskopiya kursu.  Moskva şəhəri, Rusiya. 2017
Университетская клиника МГУ: laparoskopiya kursu. Moskva şəhəri, Rusiya. 2017
Центральная Клиническая больница гражданской авиации: laparoskopiya kursu. Moskva şəhəri, Rusiya. 2017

İcra olunan prosedurlar

İcra olunan cərrahi əməliyyatlar:

  • Qaraciyərin yeni törəmələri (bəd xassəli şişlər,kistalar, exinokokk, abseslər və s.) zamanı edilən əməliyyatlatlar
  • Öd kisəsi və öd yollarında açıq və laparoskopik cərrahi əməliyyatlar 
  • Mədəaltı vəzin tam və hissəvi çıxarılması
  • Dalağın açıq və laparoskopik yolla tam çıxarılması
  • Mədənin, qida borusunun tam və hissəvi çıxarılması (tikiş apparatlarının istifadəsi ilə)
  • Diafraqma yırtıqlarının açıq və laparoskopik təmiri
  • Açıq və Laparoskopik appendektomiya
  • Diaqnostik laparoskopiya
  • Nazik və yoğun bağırsaqlarda aparılan açıq və laparoskopik əməliyyatlar (tikiş apparatlarının istifadəsi ilə)
  • Yırtıqların açıq və laparoskopik üsulla təmiri
  • Abdominoplastika
  • Peritonarxası sahənin kistoz törəmələrinin radikal çıxarılması
  • Qalxanabənzər vəzin tam və hissəvi çıxarılması
  • Hemorroidektomiya
  • Pararektal fistulların ləğvi
  • Anal çatın cərrahi müalicəsi
  • Dermoid sistin ləğvi (müxtəlif üsullarla)
  • Gnekoloji əməliyyatlar (uşaqlığın, subseroz miomaların, yumurtalıq sistlərinin xaric edilməsi) açıq və laparoskopik
  • Sünnət əməliyyatı

Xəstəliklər müalicəsi

  • Qaraciyər, öd kisəsi, öd yolları və mədəaltı vəzin cərrahi xəstəlikləri
  • Qida borusu, mədə, nazik bağırsaqların cərrahi xəstəlikləri
  • Yoğun və düz bağırsaq xəstəlikləri
  • Yogun bağırsağın qeyri- spesifik iltihabi xəstəlikləri
  • Həzm sistemi orqanlarının xoş və bəd xassəli yeni törəmələri
  • Peritonarxası sahə və çanaq törəmələri
  • Anal bölgənin xəstəlikləri
  • Yırtıqlar
  • Qalxanabənzər vəzin xəstəlikləri
  • Dermoid sist (pilonidal sist və ya qıl dönməsi)
  • Diabetik ayaq 
  • Müxtəlif mənşəli peritonitlər
  • Gnekoloji cərrahi xəstəliklər

Toğrul Məhərrəmov

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz