Язык:
Русский
Yoqanın uşaqlara faydaları
29 сентября 2018 7426Aparılan araşdırmalara görə, yoqa uşaqlara faydalıdır.
Belə ki yoqa uşaqlarda dayanıqlılıq, rahatlanma hissini bərpa edir. Həmçinin beyində xətalı pozisiya hissinin yaranmasını ən aza endirir. Duruş funksiyalarının düzəlməsini təmin edir.
Yoqa bir növ zehin və bədən tibbi olaraq qəbul edilir. Bütün bunlarla yanaşı yoqanın uşaqlara psixoloji faydaları da mövcuddur. Hətta uşaqlarda olan qayğı və stresin yoqa ilə azaldıla biləcəyi də təsdiq edilib.
Həmçinin yoqa hərəkət bacarıqlarını inkişaf etdirir. Uşaqların 4 yaşından etibarən bu hərəkətlərlə məşğul ola biləcəyi qeyd edilir. Uşaqların bədən funksiyalarının artması adətən 2-7 yaşlarında müşahidə edilir. Belə ki, qaçma, tullanma, sıçrama adətən bu zamanlarda daha da inkişaf edir. 5 yaşından etibarən isə qazanılan təməl hərəkətlərin uşaqda daha da inkiaf etdiyi bildirilir. Təməl hərəkətlər sırasında sürət, çeviklik, dayanıqlılıq əsas faktor hesab edilir. Yoqa isə bu hərəkətlərin inkişafına təkan verir.
Mütəxəssislərə görə, uşaqlar 7 yaşından sonra daha çox idmanla məşğul olmalıdırlar. Həmçinin ekspertlər yoqanın məktəb öncəsi və məktəblərdə uşaqların dərs siyahısına salınmalı olduğunu vacib hesab edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1