Язык:
Русский
Baş ağrısının səbəbi nədir?
25 июня 2020 11108Baş ağrılarının səbəbi hər zaman beyindən qaynaqlanmaz. Mütəxəssislərə görə, baş ağrısı boyundan da qaynaqlana bilər.
Bəs bu kimlərdə görülür?
Vücudumuzun boyun hissəsi, baş ağrılarını daşıyan eyni zamanda ən çox hərəkətli nahiyəsidir. Bu səbəbdən baş ağrısı hər yaşda və hər kəsdə görülə bilər.
Xüsusilə öncədən yol qəzası keçirmiş xəstələrdə boyundan qaynaqlanan ağrılar daha çox müşahidə edilə bilər. Həmçinin boyunda yerləşən sümük və oynaqlarda ortaya çıxan kirənclənmələr, boyun qaynaql baş ağrısı riskini artırır. Həmçinin revmatizma xəstəliyindən əziyyət çəkənlərdə də boyun oynaqlarında ağrılar baş verə bilər.
Boyundan qaynaqlanan baş ağrısının əlamətləri nədir?
Ağrı başın arxa tərəfindən və boyun arxasından başlayaraq yuxarıya doğru yayılır. Bəzən isə göz ətrafına qədər belə yayılır. Adətən tək tərəfli olur. Bəzən sağ, bəzən isə sol tərəfdə baş verə bilir. Ağrı zamanı bulantı və ya qusma da müşahidə edilə bilər.Təəssüf ki bir çox insan hətta bəzi həkimlər belə bu növ ağrıları miqren sanıb o üzrə müalicə ediblər.
Bəs diaqnoz necə qoyulur?
Boyundan qaynaqlanan baş ağrılarının diaqnozu üçün sadə baş ağrılarında olduğu kimi öncə xəstənin şikayətləri ətraflı formada araşdırılmalıdır. Fiziki müayinələr ağrının mənbə və səbəbini biruzə verə bilər. MRT ilə boyun yırtığı və ya kirənclənmə olduğu aşkar oluna bilər.
Xəstələr boyun səbəbilə yaranan baş ağrısı zamanı həkimə müraciət etdiyi zaman ilk olaraq ağrıkəsicilər təyin edilir. Bunlar faydalı olsa da daha sonra yenidən yarana bilər. Belə ağrılara fizioterapiya tövsiyə edilir.
Ən düzgün müalicə üsulu ağrının səbəbi aşkar edildikdən sonra təyin edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1