Язык:
Русский
Həm faydalı həm doydurucu ara qidalar
25 июня 2020 9230Ofisdə uzanan işlər, insanların evə getmə saatına da təsir edərək gecikdirir. Bu da insanların yemək yemə vərdişlərinə mənfi təsir göstərir. Ac qalmamaq üçün də bir çox insan adi ara qidalardan istifadə edir. Belə yeməklərin çoxunun tərkibi karbonhidrat, şəkər və yağdan ibarətdir.
Bəs bu zaman insanlar hansı yanlışlara yol verirlər?
Qan şəkərinizin normada qalmasına mənfi təsir göstərməyəcək qidalar seçin.
Ara qidalar iştahı bir müddətlik kəsir, ancaq sonra daha çox yeməyinizə səbəb olur. Ara qidalardan istifadə edərkən qan şəkərini pozmayan, uzunmüddət toxluq verən qidalardan istifadə etməyiniz tövsiyə edilir.
Evdə olarkən ürəyiniz yemək istəməsə və ya vaxtınız olmasa istifadə edə biləcəyiniz ara qidaları təqdim edirik:
Bir stəkan kefir, yanında 10 çiy badam, fındıq və ya 2 qoz
Limon suyuna batırılmış kök və ya xiyar
2 xörək qaşığı qatıq
Bir kasa qatıq və iki xörək qaşığı yulaf
Bir dilim çörəyin yanında incə kəsilmiş pendir
Brokoli və yanında bir stəkan ayran
Bir kasa qatıq və iki xörək qaşığı yulaf əzməsi
Bəs işləyənlər və düzgün qida qəbul etməyə zamanı çatmayanlar nə yeyə bilər?
Kiçik qutu qatıq və bir orta ölçülü yaşıl alma
Bir alma və 10 çiy badam, fındıq
Südlü, şəkərsiz qəhvə ilə 4 ərik qurusu
Evdə hazırlanmış unsuz, şəkərsiz keks.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1