Язык:
Русский
Varikosel nədir?
26 июля 2020 10463Varikosel - damar genişlənməsi, xaya və toxum ciyəsi venalarının genişlənməsinə deyilir. Latın sözü olan varix-venoz düyün və sele – şişkinlik deməkdir. Əsasən soltərəfli olur.
Varikosel daha çox gənc insanlarda rast gəlinir və bir çox hallarda narahatçılıq yaratmır və təsadüfi baxış zamanı tapılır. Buna baxmayaraq, varikosel cinsi əlaqə zamanı ağrılar, cinsi fəaliyyətin və reproduktiv funksiyaların azalması kimi ciddi narahatçılıqlar törədir.
Varikosel hansı zərərləri yarada bilər?
Yeniyetməlik zamanında başlayar və gedərək artar.
Sonsuzluğa yol aça bilər.
Ayağa vuran ağrılara yol aça bilər.
Kişilik hormonunun azalmasına səbəbiyyət yaradar.
Həmçinin yeniyetməlik çağında cinsiyyət orqanının kiçik qalması ilə nəticələnə bilər.
Diaqnozu yalnız USM ilə deyil bu sahədə mütəxəssisin müayinəsi ilə qoyulmalıdır.Bəzən isə bu cərrahi əməliyyatı vacib edə bilər. Bu zaman 1-2 ay ərzində əməliyyat edilməlidir.
Bəs səbəbləri nədir?
Mütəxəssislər bu barədə dəqiq qərara gələ bilməyiblər. Ancaq bəzi ehtimalların buna səbəbiyyət yarada biləcəyi düşünülür.
Belə ki, səbəblərindən biri vena divarlarının və qapaqlarının anadangəlmə zəifliyidir. İrsi xüsusiyyətlə əlaqədar bu tipli patologiyalara genetik meylilik qeyd olunur.
Xayalıq və kiçik çanaq venalarında təzyiqin yüksək olması göstərilir.
"Simptomatik varikosel" isə peritonarxası sahənin şişlərindən, məsələn, böyrək şişlərindən qaynaqlanan hallardır. Bu nöqteyi-nəzərdən varikoselin sağ tərəfdə rast gəlinməsi, eləcə də kiçik yaşlı uşaqlarda və ya yaşlı insanlarda qeyd olunması hallarında diqqətli olmaq tələb olunur.
3 dərəcəsi mövcuddur:
1-ci dərəcə - Xaya venaları palpasiya olunmur (əl vurulmur), onların genişlənməsini yalnız USM, dopleroqrafiya ilə müəyyənləşdirmək olur.
2-ci dərəcə - Xaya venaları ayaq üstündə dayanarkən palpasiya olunur, uzanmış vəziyyətdə palpasiya olunmur.
3-cü dərəcə - Genişlənmiş xaya venaları ayaq üstündə də, uzanmış vəziyyətdə də palpasiya olunur. Xaya və toxum ciyəsi venaları vizual olaraq müəyyənləşdirilir.
Varikoselin müalicəsi hər fərd üçün gərəkli olmaya bilər. Bir çox kişi hansısa müalicə üsulundan istifadə etmədən ata ola bilər.
Kişi sonsuzluğu vəziyyətində varikosel müalicəsi etdirilir. Əgər damarlar ağrıyarsa və istənilməyən hallar baş verərsə bu zaman cərrahi müdaxilədən istifadə edilə bilər.
Əllə müayinə edilən bütün varikosellər müalicə edilməməlidir. Söylənilən halların kompleks halda görüldüyü zaman varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicəyə göstərişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1