Язык:
Русский
Uşaqlarda sidik saxlamamaq problemi
26 сентября 2018 95185 uşaqdan 1-i idrar problemi(sidik saxlamamaq) yaşayır. Xüsusilə də məktəbli uşaqların 100-nün 20-də bu problem daha çox müşahidə edilir. Adətən sidik saxlaya bilməmək, tez-tez sidiyə getmək, yanma kimi əlamətlərlə üzə çıxır. Bəzən bu halın qarşısını bəzi tədbirlərlə almaqla mümkün olur. Ancaq baş verən problemlərə diqqət edilmədikcə bu qalıcı hala gələ bilər. Həmçinin bu vəziyyət uşağın məktəb həyatına mənfi təsir göstərər. Həmçinin böyrəklərə də zərər vura bilər.
Bu zaman uşağınızı günahlandırmayın. Onda uşaqlar daha da təsirlənərək vəziyyəti pis hala gətirə bilərlər. Ən əsası isə ona dəstək olun.
Sidiyə getmə tezliyi və maye qəbulu müəyyən edilməlidir.
2 saatdan bir tualetə getməsi təmin edilməlidir.
Kola, asitli içkilər, çay, qəhvə kimi içkilərdən uzaqlaşdırılmalıdır.
Yemə, içmə vərdişləri təmin olunduqdan sonra yenə də problemləri davam edərsə mütləq şəkildə uroloqa müraciət edilməlidir. Əks halda problem daha da kəskinləşə bilər. Uyğun müalicə ilə problemi aradan qaldırmaq isə mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1