Язык:
Русский
Səhər idmanının sağlamlığa faydaları
19 июня 2018 10130Qan təzyiqi üçün səhər qaçışı faydalıdır. 40 ilə 60 yaş arası könüllülərin qatıldığı araşdırma iştirakçılarının qan təzyiqi mütəmadi şəkildə yoxlanılıb. Həmçinin iştirakçılardan idman etmələri istənilib. İştirakçılar səhər 7, günorta 1, axşam 7 olmaq üzrə 3 ayrı qrup olaraq idman hərəkətləri ediblər. Səhər idmanı edənlərin gün ərzində 100-də 10, gecə isə 25 faiz qan təzyiqlərində azalma müşahidə edilib.
Arıqlamağa kömək edir. Maddələr mübadiləsini sürətli çalışdırır. Ac qarnına edilən səhər qaçışı, gecə vücud karbonhidratlarını əritdiyindən çəki atmaq asanlaşır. Sürətlənən maddələr mübadiləsi vücudda daha çox kalori əritməsini təmin edir. Bu səbəblə sürətli arıqlamaq mümkün olur.
Gündəlik insanlar bir çox sıxıntılarla üzləşirlər. Yaranan stresin isə bir çox səbəbi ola bilər. Stresin qarşısını almaq üçün və ya xilas olmaq üçün vücudun dincəlməsinə ehtiyac vardır. Səhərləri edilən qaçış vücudu yüksək tempdə çalışdırmağa yönəlib.
Diqqət dağınıqlığının qarşısını alır. Səhər saatlarında edilən qaçış zamanı vücudun gücü artır. Sinir sistemi yaxşı çalışdığından diqqət əksikliyi kimi problemlər effektli şəkildə düzəlir.
Yuxu rejimini normala salır. Çünki sürətlənən maddələr mübadiləsindən sonra vücud normadan çox çalışır bu isə vücudun yorulmasına səbəb olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1