Язык:
Русский
Ağciyər xərçəngi sizi də təhdid edir
09 ноября 2018 11941Uzman Dr. Uçar ağciyər xərçənginin bütün dünyada kişilərdə prostat xərçəngindən sonra, qadınlarda isə sinə xərçəngindən sonra ikinci ən çox yayılmış xərçəng növü olduğunu bildirib.
Ağciyər xərçənginin yaranmasında ən böyük səbəblərindən biri siqaretdir. Xəstəliyin yaranmasının 90% səbəbi siqaret, tütün və tütün məhsullarıdır. Siqaret istifadə edən insanların ağ ciyərində xərçəng əmələ gəlmə riski, istifadə etməyənlərdən 30 dəfə daha çoxdur. Aktiv olaraq tütün məhsullarından istifadə edənlərdən başqa, passiv istifadəçilər də risk altındadır. Passiv siqaret istifadəçilərinə mütəmadi olaraq siqaret tüstüsünə məruz qalan insanlar aid olunur. Bu səbəbdən ətrafınızda siqaretdən istifadə olunmasına icazə verməyin. Heç kimin sizin sağlamlığınızı əlinizdən almağa ixtiyarı yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1