Язык:
Русский
Yağış yağır bu şəhərə ...
13 ноября 2018 13384Son vaxtlar tez-tez yağışlı havaların şahidi olduq. Çox vaxt belə iqlim şəraitini xoşagəlməz hesab edirik, amma...
Yağışlı havada gəzmək sevgililərin, romantiklərin, introvert və əlbətdə ki, gölməçədə oynayan, çətrin başına min oyun gətirən uşaqların sevimli məşğuliyyətidir.
Yağışın bir sıra psixoloji və fiziki faydaları var. Məsələn, o, əsəb sisteminə yaxşı təsir göstərir, relaksasiya və sakitlik gətirmə xüsusiyyətlərinə malikdir.
Ən azından xoşlamadığınız adamı görmək ehtimalı azalır, təklikdə gəzmək imkanı yaranır. Bu zaman siz bütün fikirlərinizdən uzaqlaşıb, sadəcə dincələ bilərsiniz. Heç pleyerinizdə musiqiyə qulaq asmağa da ehtiyac yoxdur - bu, “yağış effektini” azaldır.
Fiziki təsirlərinə gəlincə, demək lazımdır ki, yağışın şəfaverici xüsusiyyətlərini hələ baba-nənələrimiz bilirdilər. Onlar bu suyu başlarını, əl-üzlərini və bədənlərini yumaq üçün istifadə edərdilər. Nəticədə isə saçları və dəriləri sağlam qalardı.
Yağış suyu yumşaq olur, atmosferin yuxarı qatlarında ionlaşdığından özü ilə təravət gətirir və çirkləri yuyub aparır. Yağış suyundan sonra saçlar parlaq və sağlam olur, həmçinin möhkəmlənir.
Qeyri-adi görünə bilinər, amma yağış altında olarkən suyun bəzi faydalı miqdarı artıq orqanizm tərəfindən elə həmin an mənimsənilir. Bu suyun tərkibinə bir sıra lazımlı maddələr daxil ola bilər və bu, dərinin su balansını müəyyən qədər tənzimləyər.
Ən faydalı yağış suyu təbii ki, ekoloji zavod, fabrik olmayan, avtomobillərin sayı isə az olan rayonlardadır.
Yağış yağır bu şəhərə, gör nə gözəl bir gecədir,
Bir sən, bir mən bu şəhərdə, bir də yağışlı gecədir...
Siz necə, yağışlı havada gəzməyi xoşlayırsınızmı?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1