Язык:
Русский
Aspirin xərçəng riskini azaldırmı?
24 февраля 2018 12946Yeni araşdırma nəticələri elm adamlarını şok edib.
Bəzi mövzular tibb dünyasında hələ də qalmaqal olaraq qalır.
Aspirin dərmanı da belə mövzulardandır. Bir çox elm adamları məhz bu mövzua çox mübahisəli davranırlar.
Bu mövzuda Çin elm adamları yeni araşdırma nəticələrini açıqlayıblar. Onların sözlərinə görə, doğru miqdarda qəbul edilən aspirin xərçəng riskini azaldır.
Çinli araşdırmaçılar 600 mindən çox insan üzərində təcrübə keçirib. Çıxan nəticə isə aspirinin xərçəng xəstəliyinin qarşısını aldığını göstərib
Araşdırma zamanı 7 il ərzində hər gün aspirindən istifadə edənlərdə qaraciyər, qida borusu xərçənginə yoluxmaq riskinin 100-də 47 faiz azaldığı təsbit edilib.
Mədə xərçənginə tutulmaq riski isə 100-də 38 faiz aşağı olub. Araşdırmada ağciyər xərçəng riskinin 100-də 35, qan xərçənginin 24, prostat xərçənginin isə 14 faiz azaldığı təsdiq edilib.
Araşdırmanı gerçəkləşdirən kollektivə başçılıq edən professor Kelvin Tsoi açıqlama verib:
“Əldə etdiyimiz nəticələr aspirinin uzunmüddət istifadəsinin bir çox xərçəng növünün ortaya çıxma riskini azaldığını göstərib. Amma bunu da qeyd edim ki, aspirin, sinə, böyrək xərçənginin qarşısını almaqda yararlı deyil”.
Mütəxəssislər aspirindən diqqətli istifadə edilməsi barədə xalqa xəbərdarlıq edib. Aspirinin uzunmüddətli istifadəsinin mədə qanamalarına yol açdığı bilinib. Bu səbəbdən bəzi həkimlər, xəstələrinə aspirini uzunmüddətli istifadə etmələrini tövsiyə etmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1