Язык:
Русский
Kimlər Ramazan ayında oruc tuta bilməz?
10 апреля 2018 8183Ramazan ayı yaxınlaşır. Mütəxəssislər mədəsi ilə problem yaşayanlara xəbərdarlıq edir.
Onlar ramazan ayı öncəsi xroniki xəstəliyi olanların mütləq şəkildə həkim müayinəsindən keçməsinin vacib olmasını qeyd edir.
Türkiyəli mütəxəssis Yönal verdiyi açıqlamada Ramazan ayında istilərlərlə birlikdə uzun saatlar oruclu olmağın həzm sisteminə mənfi təsi göstərə biləcəyini vurğulayıb.
Reflüks, qastrit olan xəstələrin xüsusilə diqqətli olmaları vacibdir.
Ramazan ayında uzun çəkən aclıq nəticəsində mədə asidi artır. Az maye içildiyi, hərəkətsiz qalındığı zaman, qəbizlik problemi də ortaya çıxa bilər. Uzunmüddət aclıqdan sonra isə həzm sisteminin hərəkətliliyi azalır. Bu səbəblə iftarda sürətlə və çox yemək qarında şişliyə, həzmsizliyə yol aça bilər.
Mədə ağrıları yüngül formada olanlar, pəhriz və dərman kimi müalicələrlə oruc tuta bilərlər. Mədə qanaxması olanların isə ramazandan öncə həkimlərə müraciət edərək tədbirlər alınmalı, gərəklidirsə dərman preparatları qəbul edilməlidir.
Ancaq müalicəsi davam edən və ya yeni mədə qanaxması baş verənlər, mədə xərçəngi, reflüks xəstəliyindən əziyyət çəkənlərin oruc tutmaqları düzgün deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1