Язык:
Русский
Hamiləlikdən qoruyan dərmanlardan sonra nə vaxt hamilə qalmaq olar?
11 мая 2018 9814Hamiləlikdən qorunmaq üçün olan dərmanlardan əksər qadın istifadə edir. Həmin dərmanların tərkibində isə ostrogen və progestron hormonları mövcuddur. Bu hormonlar qadınların yumurtalığına təsir edən hormonlara təzyiq göstərərək yumurta inkişafını əngəlləyir. Bununla da hamiləlik baş tutmur. Hamiləlikdən qorunmaq üçün bu növ dərmanları zamanında düzgün şəkildə qəbul etmək lazımdır.
Hamilə qalmağa qərar verdikdən sonra isə bu dərmanların istifadəsi kəsilir və iki- üç ay normal qorunma üsulları ilə davam etdirilir. Bu müddət içində bir neçə dəfə menstruasiya olduqdan sonra hamiləlik üçün hazır formaya gəlinir.
Dərman istifadəsindən imtina edildikdən sonra adətən qısa müddət ərzində qadının orqanları əvvəlki funksiyalarını görməyə başlayır.
Ancaq dərmandan sonra vücudun əvvəlki halına dönməsi və ya süni hormonların bədəndən xaric edilməsi üçün zamana ehtiyac olur.
Bu növ dərman preparatlarından imtinadan sonra vücud bəzi hormonlardan təmizlənməyə başlayır və qısa müddətdən sonra menstruasiya normal zamanda başlayır.
İlk menstruasiya zamanında da hamilə qalmaq ehtimalı var. Yumurtalıqların fəaliyyəti adətən dərman buraxıldıqdan 2 həftə sonra başlayır. Bu vəziyyətdə 2 həftə ilə 6 ay içərisində hamilə qalmaq ehtimalı var. Hər ay hamilə qalmaq şansı təxminən 20 faizdir. Daha irəliki yaşlarda isə hamilə qalmaq bir az çətinləşir.
Mütəxəssislər dərmandan dərhal sonra hamilə qalmağı tövsiyə etmirlər. 2-3 ay gözləməkləri məsləhət görülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1